Telegram-a çıxışın məhdudlaşdırılmasıyla bağlı məhkəməyə müraciət edən Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin tələbi yerinə yetirilib. Bu gündən etibarən Telegram yazışma əlavəsi Rusiya ərazisində bloklanacaq.
Bu barədə Media Zona yazır.
Telegram tərəfindən məhkəmədə heç kim iştirak etməyib. Mesajlaşma əlavəsinin yaradıcısı Pavel Durov vəkillərinin məhkəmədə iştirakına icazə verməyib. Vəkilləri məhkəməyə vəsadət göndərərək iclasın təxirə salınmasını istəsələr də məhkəmə vəsatəti təmin etməyib.
Proses 20 dəqiqə çəksə də qərarın hazırlanması 40 dəqiqə tələb edib.
Telegramın bloklanma səbəbi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Pavel Durovdan yazışmaların şifrəsini tələb etməsinə yox cavabı olub.
Telegramdan deyirlər ki, bu, texniki olaraq mümkün deyil.
Telegram ən təhlükəsiz yazışma əlavəsi hesab edilir.