Şənbə, 9 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Milli Şuranın sədri Cəmil Həsənlinin 14 aprel mitinqindəki nitqi

15 Aprel 2018
A A
Milli Şuranın sədri Cəmil Həsənlinin 14 aprel mitinqindəki nitqi

Milli Şura sədri Cəmil Həsənli "Məhsul" stadionunda təşkil edilən mitinqdə. Foto: Turan

Milli Şura sədri Cəmil Həsənli “Məhsul” stadionunda təşkil edilən mitinqdə. Foto: Turan

İlham Əliyevin seçki məzhəkəsinə etiraz etmək üçün əlverişsiz hava şəraitinə baxmayaraq bu meydana gəlmiş sizlərə eşq olsun.

Avtoritar rejimlərdə, totalitar diktaturalarda kütləvi nümayişlər keçirmək, insanların öz iradəsini azad şəkildə ifadə etmək, son dərəcə ağırdır. Bu gün bu meydana gələn sizlərin hər birisi bir qəhrəmandır. Bu qədər qadağaları, repressiyaları, Əliyevin polis kardonunu, basqıları yıxaraq bura gəlmisiniz. Vətən eşqiylə, millət eşqiylə, öz ölkənizi azad, demokratik görmək arzusuyla bura gəlmisiniz.

Bilirsiniz ki, 3 gün əvvəl ölkəmizdə seçki oyunbazlığı həyata keçirildi. Bir tamaşa var idi. 22 gün idi ki, bu tamaşa hər 3 gündən bir televiziyalarda Azərbaycan xalqına təqdim edilirdi. Ən böyük dramaturqlar belə İlham Əliyevin yazdığı bu məzhəkəni yaza bilməzdi. Milləti bu formada təhir edə bilməzdi. Bu millətin içərisində prezident olmağa, prezidentliyə namizəd olmağa da layiq olan son dərəcə vicdanlı, namuslu, intellektli, savadlı, öz millətini ən mötəbər tədbirlərdə təmsil etmək haqqına və hüququna malik olan insanlar var idi. Ancaq İlham Əliyev özü üçün gördüyünüz o mənzərəni alternativ seçdi. Çünki onun özünün də yeri oradır.

Bizim burada keçirdiyimiz bu mitinq 11 aprel seçki məzhəkəsinə, seçki oyuna obyektiv qiymət vermiş, doğru dürüst yanaşma sərgiləmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun elan etdiyi rəyə bir dəstəkdir. ATƏT-in mövqeyinə bir dəstəkdir. Avropa Şurasının mövqeyinə bir dəstəkdir. Biz belə də rəy gözləyirdik. Əks təqdirdə vicdani-beynəlmiləl şübhə altına düşmüş olardı. Bütün Azərbaycan xalqının inamını itirmiş olardı. Azərbaycan hakimiyyəti cinayət başında yaxalandı. Onun bütün seçki saxtakarlığı, Azərbaycan xalqının səsini mənimsəməsi, İlham Əliyevin daha 7 il müddətinə prezident kürsüsünün mənimsənilməsinin bütün mahiyyəti ortaya qoyuldu. Bütün saxtakarlığın mənzərəsi ortaya qoyuldu. İndi görürsünüz ATƏT-in Varşava bürosuna qarşı necə hay-küy qaldırıblar. Bəyəm siz hansı doğru-dürüst bir əməli həyata keçirmisiniz ki, indi də ayrı bir şey gözləyirsiniz. Hansı oğurluqla məşğul olmamısınız? Hansı korrupsiya ilə məşğul olmamısınız? Bir seçki korrupsiyası qaldı, onu da həyata keçirdiniz. Və buna görə utanmaq lazımdır, xəcalət çəkmək lazımdır.

Bunlar öz hərəkətləri ilə özlərini beynəlxalq aləmdə nüfuzdan salıblar. Gözü kölgəli ediblər bizim vətənimizi. İndi harada bir oğurluq hadisəsi olur, içindən Azərbaycan çıxır. Harda gizli ofşor hesablar olur, içindən İlham Əliyevin ailə üzvləri çıxır.

Azərbaycanda korrupsiyaya qarşı bu qədər komissiya yaradılıb. Bir neçəsi baş prokurorluqda, bir neçəsi prezident aparatında. Büdcə üzərində çeşidli nəzarət komissiyaları var. Amma nəticə yoxdur. Ola da bilməz. Çünki bu korrupsiyanın başında, büdcə talançılığının başında şəxsən İlham Əliyev özü dayanır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia