Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Washington Post-un Suriyadakı müharibə haqqında 6 əsas suala cavabı

15 Aprel 2018
A A
Washington Post-un Suriyadakı müharibə haqqında 6 əsas suala cavabı

Fransa prezidenti Emanuel Makron, ABŞ prezidenti Donalt Tramp və Britaniyanın baş naziri Tereza Mey G7 Sammitində. Foto: Stefan de Sakutin / AFP

Suriya müharibəsi tədricən böyüyən və demək olar ki, bütün dünyanı əhatə edən fəlakətə çevrilib. Bunun necə başladığına, niyə bu qədər mürəkkəbləşdiyinə və sonra nələrin ola biləcəyi barədə Washington Post-un yazarı Amanda Erickson 6 suala cavab hazırlayıb.

Fransa prezidenti Emanuel Makron, ABŞ prezidenti Donalt Tramp və Britaniyanın baş naziri Tereza Mey G7 Sammitində. Foto: Stefan de Sakutin / AFP

Suriyada müharibə necə başladı?

2011-ci ilin mart ayında, “Ərəb baharı” adlandırılan etiraz dalğasının bir hissəsi kimi ölkənin hər tərəfində dinc nümayişlər başladı. Təşkilatçılar Suriya prezidenti Bəşər əl- Əsədi demokratik islahatlara çağırırdılar, lakin hökümət bu çağırışlara zorakılıqla cavab verdi. Buna cavab olaraq, nümayişçilərin bir qismi hərbi qiyamçılarla birləşərək, hakimiyyəti devirməyi hədəfləyən Azad Suriya Ordusunu formalaşdırdılar. Bu silahlı qarşıdurma 2012-ci ilə qədər genişmiqyaslı vətəndaş müharibəsinə çevrildi.

Rusiya Suriyada nə edir?

Rusiya Əsəd hökümətini uzun müddət dəstəkləyib. Rusiya həm müasir Suriya Silahlı Qüvvələrini qurmaqda Əsədə kömək edib, həm də o, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdə ən güclü müttəfiqlərindən biridir. Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyayla bağlı təkliflərini veto edərək, mühüm beynəlxalq fəaliyyətin qarşısını alıb və rəsmi Moskva 2015-ci ildə həyata keçirdiyi hərbi müdaxilə vasitəsilə müharibənin gedişatını Əsədin xeyrinə dəyişib.

Amerika Birləşmiş Ştatları niyə müdaxilə edib?

ABŞ Suriya müharibəsinə qarışmağa çox da maraqlı deyildi, amma bu müdaxilə iki əsas səbəbə görə baş verdi.
Birincisi, 2013-cü ildə İŞİD ölkədə güclənməyə başladı. Növbəti il ABŞ bu silahlı qruplaşmaya qarşı hava hücumları həyata keçirdi. Növbəti addım olaraq, ABŞ Suriyaya quru qoşunları göndərdi və təqribən 2.000 ABŞ hərbiçisini orada yerləşdirdi.

İkincisi, Birləşmiş Ştatlar Əsəd hökümətini Suriyada mülki əhaliyə qarşı sarin və xlor qazı kimi kimyəvi silahlar istifadə etdiyi üçün cəzalandırmaq məqsədi ilə hərəkətə keçdi.

Kimyəvi silahlar istifadə edilməsindən sonra xəstəxanaya sığınan uşaqlar. Foto: Getty Images

Bu aktlar nədən ibarət idi?

2012-ci ildə prezident Barak Obama kimyəvi silahdan istifadəni hərbi müdaxiləyə gətirib çıxaracaq “qırmızı xətt” elan etdi. Növbəti il Şərqi Qutada həyata keçirilən sarin qazı hücumu ABŞ hökümətinin qiymətləndirməsinə əsasən 1.400 insanın həyatına son qoydu. Obama hücum təklif etsə də, Konqres bunu təsdiqləmədi. Bunun yerinə diplomatik həll irəli sürüldü. BMT Təhlükəsizlik Şurası Əsəddən tələb etdi ki, kimyəvi silah rezervlərini məhv etsin və kimyəvi silahın istehsalını və istifadəsini qadağan edən Kimyəvi Silah Konvensiyasını imzalasın.

O vaxtdan bu yana bir çox hallarda kimyəvi silahdan istifadə edilib. Ən pis hücum 2017-ci ilin aprelin 4-ündə olub. Ölkənin şimalında yerləşən Xan-Şeyxun şəhərində 100-ə yaxın insan sarin qazı hücumu nəticəsində öldürülüb. Bu hadisə bütün dünyada qəzet başlıqlarının əsas mövzusu olub və ABŞ prezidenti Donald Tramp sinir sistemini sıradan çıxaran vasitəylə zəhərlənən günahsız uşaqların görüntülərindən dəhşətə gəldiyini bildirib. Bu hücumdan bir neçə gün sonra Tramp Suriyanın hava bazasına qanadlı raket zərbələri endirilməsiylə bağlı göstəriş verdi. Bu hadisə ABŞ-ın Suriya rejiminə qarşı ilk birbaşa hücumu idi.

Əsədə kömək edən əsas regional oyunçular kimlərdir?

Əsədin əsas müttəfiqlərindən biri İrandır. Suriya İrana öz silahlarını və dəstəklədiyi silahlı qruplaşmaları Yaxın Şərqdə yaymaq üçün lazımdır. Buna görə də Əsəd təhlükəylə üzləşən zaman İran ona dəstək vermək üçün hərəkətə keçdi. Rəsmi Tehranın yaxın müttəfiqi olan Hizbullah da eyni dəstəyi göstərdi. Bu məsələ İranın regiondaki rəqibləri olan Səudiyyə Ərəbistanın və Türkiyənin narazılığına səbəb oldu. Beləliklə onlar ekstremist qruplaşmalar da daxil olmaqla, Əsədə qarşı vuruşan qiyamçılara silah və maddi vəsait göndərməyə başladılar. İsrail də öz növbəsində Əsədin bazalarına hava hücumları həyata keçirməyə başladı.

Bütün bunlar o deməkdir ki, bugün Suriya ərazisində çoxsaylı müharibələr gedir. Suriya höküməti hələ də üsyançılarla müharibə edir. İsrail İranın dəstəklədiyi güclərlə qarşıdurma vəziyyətindədir. ABŞ isə İŞİD-in axırına çıxmağa çalışır.

Suriyalılar üçün həyat necədir?

Dəhşətli. Suriya ailələri bir çox hallarda ərzaq, sığınacaq və tibbi yardım kimi ilkin tələbatlardan məhrumdurlar. Uşaqlar məktəbə gedə bilmirlər. Müharibə şəhərlərdə və küçələrdə baş verir.

Müharibə başlayandan bəri 465.000-dən çox suriyalı öldürülüb, 1 milyon insan xəsarət alıb və ölkə əhalisinin yarısından çoxu – 12 milyon insan evlərindən qaçmağa məcbur olub. 5.5 milyondan çox suriyalı xarici ölkələrə köçüb və qaçqın kimi qeydiyyata düşüb.

tərcümə: Aygül Cəfərova

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia