Şimali Amerika ölkəsi Salvadorda qaçırılan jurnalist öldürülüb. NTV Türkiyə xəbər verir ki, evindən qaçırılan jurnalistin yol kənarında cəsədi tapılıb.
“El Economista” jurnalının əməkdaşı olan jurnalist Karla Lisset Tursios evindən oğurlanıb. Oğurlanan zaman 33 yaşlı jurnalistin həyat yoldaşı və oğlu evdə olmayıb. Hadisədən bir neçə saat sonra boğularaq öldürülüb.
Arxiyepiskop Xose Luis Eskobar Alas jurnalistin ölümünün “cəmiyyətə dəhşətli hücum” kimi qiymətləndirib.