Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həlak olmuş 8801 hərbi qulluqçunun ailəsinə 11 min manat veriləcək

19 Aprel 2018
A A
Həlak olmuş 8801 hərbi qulluqçunun ailəsinə 11 min manat veriləcək

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində bir dəfəlik ödəmə veriləcək. Bu, prezident İlham Əliyevin imzaladığı fərmanda qeyd olunub. Hərbi qulluqçuların dövlət icbari sığortası əsasında veriləcək ödəniş 1997-ci il avqustun 2-ə qədər ölən və itkin düşən hərbçilərin vərəsələrinə veriləcək.

Fərmana əsasən birdəfəlik ödəmə Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.

Ödəmə şəxsin müraciəti və aşağıdakı sənədlər əsasında verilir:

  • hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
  • hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;
  • birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;
  • birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Nazirlik ödəməni müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsi ilə həyata keçirəcək.

Millət vəkili Hadı Rəcəbli unikal.org saytına açıqlamasında bildirib ki, ilkin hesablamaya görə siyahıda 8801 hərbi qulluqçunun adı var və dövlət büdcəsindən buraya 96 milyon 811 min manat vəsait veriləcək.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia