Dünən saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədov bir sutkadır ki, Göyçay rayon polis şöbəsindədir. Turan onun anası Gülbuta Xasməmmədovaya istinadən belə yazır.
Anasının sözlərinə görə Taleh dünən axşam evə telefon edərək xuliqanlıq hərəkətləri törətməsi və polisə müqavimət göstərməsi barədə deyilənləri yalan adlandırıb.
T.Xasməmmədovun vəkili yoxdur. Aprelin 20-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün CM-in 221-ci maddəsi (xuliqanlıq) üzrə şübhəli şəxs qismində məhkəmə qarşısına çıxacağı gözlənilir.
Turan Göyçay polisindən şərh ala bilməyib.
- DİN bildirib ki, T.Xasməmmədov yol hərəkəti qaydalarını pozub. Onun avtomobilini “cərimə meydançası”na apararkən yol polisində qalmaqal yaradıb, üç polis əməkdaşına xəsarət yetirib.
- T.Xasməmmədov Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvüdür. Bundan öncə də hüquq-müdafiə fəaliyyətilə bağlı 2 dəfə həbs edilib.