Cümə axşamı, 17 Sentyabr 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nazirlər Kabinetinin yeni tərkibi. İşdən çıxarılan və yeni təyin olunan nazirlər

21 Aprel 2018
A A
Nazirlər Kabinetinin yeni tərkibi. İşdən çıxarılan və yeni təyin olunan nazirlər

Bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi barədə sərəncam imzalayıb. Sərəncama əsasən açıqlanan yeni siyahıda bir neçə nazirliyin rəhbəri dəyişdirilib.

Belə ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edilib. Onun yerinə İnam Kərimov Nazir təyin olunub.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də sədri dəyişdirilib. Əli Həsənovu, Rövşən Rzayev əvəzləyib.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsindən azad edilən nazirlər sırasındadır. Onun yerinə bu vəzifəyə Sahil Babayev təyin olunub.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə isə Samir Nuriyev təyin edilib. Komitənin sədri Abbas Ələsgərov 18 fevral 2018-ci il tarixində vəfat edib.

Təhsil naziri, Səhiyyə naziri, Mədəniyyət və Turizm naziri, Gənclər və idman naziri, Ekologiya və Təbii Sərvətlər naziri və Müdafiə Sənayesi naziri vəzifələrini icra edəcək şəxslərin adları qeyd edilməyib.

Bundan başqa Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.

Sərəncamda baş nazirin yeni müavinlərinin də siyahısı yer alıb. Siyahıda əvvəllər bu vəzifədə çalışan Abid Şərifov və Elçin Əfəndiyevin adı yoxdur. Baş Nazirin yeni müavinləri aşağıdakılardır:

Baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

Baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov;

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir
Manşet

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir

15 Sentyabr 2026
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia