Türkiyənin Ali Seçki Şurası (YSK) iyunun 24-də keçiriləcək növbədənkınar Parlament və Prezident seçkilərində iştirak edəcək partiyaların siyahısını açıqlayıb. NTV Türkiyə xəbər verir ki, siyahıya yeni yaranmış İyi Parti də seçkidə iştirak edə biləcək.
Seçkidə iştirak edəcək partiyalar aşağıdakılardır:
Ədalət və İnkişaf Partiyası (AKP)
Müstəqil Türkiyə Partiyası (BTP)
Böyük Birlik Partiyası (BBP)
Cümhuriyyət Xalq Partiyası (CHP)
Demokrat Partiyası (DP)
Xalqların Demokratiya Partiyası (HDP)
İyi Parti
Milliyyətçi Hərəkat Partiyası (MHP)
Səadət Partiyası (SP)
Vətən Partiyası (VP)
Türkiyənin seçki qanunvericiliyinə görə, ölkədəki bölgələrin ən azı yarısında partiya təşkialtlarını quranlar seçkidə iştirak edə bilər.