Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı hadisələrə münasibət bildirib. APA xəbər verir ki, Peskov oradakı vəziyyətin Ukrayna ilə müqayisəsinin düzgün olmadığını vurğulayıb:
“Ermənistandakı situasiyanı Ukraynada baş vermiş dövlət çevrilişi ilə müqayisə etmək yersizdir. Mən bu hadisələr arasında paralellər aparmazdım. Ona görə ki, vəziyyət tamamilə fərqlidir”.