Prezident Administrasiyası üçün yeni yaşayış binasının tikilməsinə icazə verilib. Bakı şəhər İcra Hakimiyyəti obyektin tikintisinə 2018-ci il aprelin 12-də icazə verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, bina 20 mərtəbəli və 6 bloklu olacaq.
Yaşayış binası Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə olacaq.
Yaşayış binasında mənzillərin sayı, onların sahəsi barədə, eləcə də maliyyə mənbəyi barədə məlumat verilməyib.