No Result
View All Result
Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin ölkəsniə səfər zamanı görüşündə deyib ki, 24 iyundan sonra ilk rəsmi səfərini Azərnbaycana edəcək.
Rəcəb Tayyib Ərdoğan iyunun əvvəlində TANAP-ın açılışı ilə hamıya sürpriz edəcəyini vurğulayıb.
“İlham Əliyevlə aramızda yeni layihələr var, qarşıdakı dönəmdə onları həyata keçirəcəyik. İqtisadiyyat sahəsində yerli və milli valyutaya keçid edəcəyik” – deyə Türkiyə prezidenti əlavə edib.
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri təxminən iki ay sonra – iyunun 24-də baş tutacaq. Növbədənkənar seçkilər barədə qərar Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının təklifi ilə verilib.
No Result
View All Result