No Result
View All Result
Mayın 1-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasında yüzədək müraciətə baxılıb. Bunu Amerikanın Səsinə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
O deyib ki, komissiyanın iclasları davam etdiriləcək.
Bundan öndəki iclaslarda komissiya əfvlə bağlı yüzlərlə müraciətə baxıb.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb və 423 nəfərə şamil olunub.
No Result
View All Result