Ermənistan Parlamenti Yelk Partiyasının lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyinin əleyhinə səs verib. Current Time yazır ki, Nikol Paşinyan 45 lehinə, 55 səs isə əleyhinə almaqla baş nazir seçilə bilməyib.
Ermənistan Parlamentinin çoxluqda olan “Respublikaçılar” fraksiyası bir müddət əvvəl Paşinyanın əleyhinə səs verəcəklərini açıqlamışdılar. Həmin fraksiyada parlamentin 105 deputatından 58-i təmsil olunur.
Paşinyanın namizədliyini Parlamentdə cəmi 9 mandatı olan Yelk Partiyası irəli sürüb.