No Result
View All Result
Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.
APA-nın məlumatına görə, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər erməni tərəfinin atəşinə məruz qalıb.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Müdafiə Nazirliyi faktı APA-ya təsdiqləyib. Bildirilib ki, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
No Result
View All Result