Mayın 9-da saxlanılan AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov barəsində cinayət işi açılıb.
Vəkil Cavad Cavadov Meydan TV-yə deyib ki, AXCP üzvünə Cinayət Məcəlləsinin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə ittiham irəli sürülüb.
Mirfeyzulla Seyidov artıq Kürdəxanı Təcridxanasına köçürülüb
Vəkil bildirib ki, cinayət işini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi açıb.
Cavad Cavadov hazırda Mirfeyzulla Seyidovun xəstəlik sənədlərini hüquq-mühafizə orqanlarına təqdim edtmək üçün hazıdığını bildirib.
Əgər ittiham təsdiqini taparsa M.Seyidovu 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.