Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Orta statistik insan bizi bu bataqlıqdan çıxaracaq şeyin adını da bilirdi; Ədəbiyyat!

15 May 2018
A A
Orta statistik insan bizi bu bataqlıqdan çıxaracaq şeyin adını da bilirdi; Ədəbiyyat!

İllustratin: mikroskop media

İllustratin: mikroskop media

Cəmşid Rzaquliyev. Bu ad sənə nəsə deyir? Yaxşı bəs “orta statistik insan” desək? Artıq aydın oldu hə? Yox? Okay. Gəl başdan başlayaq.

Cəmşid Rzaquliyev (bundan sonra “orta statistik insan”) 1974-cü il 28 sentyabrda Zəngilanın Vejnəli kəndində anadan olub. Qarabağ müharibəsində könüllü iştirak edib. Ölənə qədər bədənində həmin döyüşlərdən qalma qəlpələr gəzdirib.

Qaçqın olandan sonra Bakıda yaşayıb. Özü demiş şəhərin mərkəzində bir otaqlı villada. 25 kv-metrlik “villa” yalnız yaşayış hissəsindən ibarət olub.

Onun YouTube sosial şəbəkəsindəki “Orta statistik” adlı kanalında 32 videosu yerləşdirilib. İlk videosu isə Nəsimi ilə bağlıdır; sırğa taxıb, ya yox? Özü deyirdi ki, yox. İnanmır ki, sırğa taxa Nəsimi. Ona görə yox ki, bu gün sırqa taxan kişiyə pis baxılır, ona görə ki, sırğa taxmağın heç bir xüsusi mənası olmadığını düşünürdü, buna əsasən də fikirləşirdi ki, Nəsimi sırqa taxmayıb.

Orta statistik insan öz doğulduğu evi göstərir. Foto: Screenshot

Orta statistik insan mal, mülk, başqalarının ona əlində olanlara görə hörmət etməsi barədə də danışıb. Deyirdi ki, adamın yaşamağı üçün nələr zəruridirsə, onun üçün onlar önəmlidir. “Qalan şeylər, məsələn var-dövlət, bunu eləyim məni tanısınlar, hörmət etsinlər, küçədə “Jeep”im olsun, məni tanısınlar… Başqa da çox şeylər var sadalamağa lüzum yoxdur. Bunları mən çox dəyərsiz hesab edirəm”.

Azərbaycanda solçularla bağlı da mülahizələri olub. Özünə solçu deyənlərin səmimiyyətinə inanmayıb. “Müasir dünyada solçuluğun heç bir gələcəyi yoxdur”.

Öz yaşıdları barədə isə belə deyirdi: “Bizim dövrümüz o qədər çalxantılara düşdü ki, həmin bu nəsil sındı. Hər şey dəyərini itirdi. Adamlar ancaq səpələndilər öz mövcudluğunu saxlamağa”.

Youtube-da oxuduğu kitablar haqqında da fikirlərini bölüşürdü. Azərbaycanda tərcümə kitabların nəşr edilməsinə sevinirdi. Həmin kitabların insanın həyat amalını dəyişən, bir növ adam kimi adam olmağa yardım edən kitabların olduğunu deyirdi. Amma Azərbaycan dilində edilən tərcümələrin keyfiyyəti onu qane etmirdi. Məsələn deyirdi ki, alman dilində tərcümə edilən kitabda “mus-mus deyincə Mustafa de” cümləsinin olmasını biabrçılıq hesab edirdi.

Özünü yandıran Qarabağ qazisi barədə danışmaqda çətinlik çəkirdi. O hadisəni rəzalət hesab edirdi. “Kiminsə özünü yandırmağı yolverilməz bir şeydir. Amma bu ayrı məsələdir ki, indiki idarəetmə insanlara özlərini yandırmaqdan başqa çıxış yolu qoymur”.

LGBT fərdləri və İsa Şahmarlının intiharı barədə də danışan orta statistik insan ümumiyyətlə “cinsi azlıq” ifadəsinin yanlış olduğunu düşünürdü. Onun fikrincə, insan özü bilər nəyi tərcih edir. Onu tərcihinə görə ayırmaq və azlıq hesab etmək düzgün deyil. Onların şəxsi həyatına qarışmaq isə yaxşı hal deyil və yolverilməzdir.

“Mən özüm də bekar vaxtlarımda intihara meyilliyəm. İntiharın motivlərini Azərbaycanda ucuzlaşdırıblar. İndi insanlar çox boş səbəblərdən ölürlər. Mənim 38 yaşım var, hələ də intihar etmədiyim üçün özümü qınayıram. Amma intihar edəndə də gərək əsasım olsun. Məsələn, kefim istədi intihar elədim. İstəməzdim məni Məhəmmədin Əzrayılı gəlsin aparsın. Bu gəncin isə intiharı çox faciəvidir. Adamlara yaşamaq imkanı vermək lazımdır. Seçimlərinə görə heç kimi mühakimə etmək olmaz”.

Bizi bu bataqlıqdan çıxaracaq şeyin adını da bilirdi. Ədəbiyyat!

Orta statistik insan artıq yoxdur. Uzun sürən xəstəlikdən sonra vəfat etdi. O, ölənə qədər kənd evini bir də görmək istəyirdi. Qismət olmadı.

Bir dostunun da yazdığı kimi; “Cəmşid, sən çox əziyyət çəkdin həyatda, indi dincəl”.

https://www.facebook.com/permalink.php?story_fbid=1879425092100370&id=327507550625473

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia