No Result
View All Result
İsrailin Qüdsdəki hadisələrə etiraz edən fələstinlilərə hücumundan sonra həlak olan şəxslərə görə Türkiyədə 3 günlük matəm elan olunub. NTV Türkiyə xəbər verir ki, matəmə görə ölkə ərazisində və Türkiyənin digər ölkələrdəki səfirliklərində dövlət bayraqları yarıya endirilib.
Bununla yanaşı Türkiyənin ABŞ və İSraildəki səfirləri də geri çağırılıb.
Ötən gün ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsi və buranın İsrailin paytaxtı kimi tanınması fələstinliləri qəzəbləndirib. Qəzzada etiraz aksiyası keçirənlərin üzərinə İsrail əsgərləri hücum edib. Ən son məlumata görə, qarşıdurmada ölənlərin sayı 59-a çatıb, 3 min nəfərə yaxın yaralı var.
No Result
View All Result