Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Qafqaz triosu” söz-söhbəti

25 May 2018
A A
“Qafqaz triosu” söz-söhbəti

İllustrasiya: mikroskop media

Kinorejissor Ayaz Salayev mayın 23-də “Bakinskiy raboçi” qəzetində Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi haqqında tənqidi yazı yazıb. Kinorejissor 3 il əvvəl çəkilmiş filmlə bağlı yazır ki, orada lentə alınanlar siyasi kadr yığınıdır və onun fikrincə Rüstəm İbrahimbəyov öz doğulduğu ölkəyə nifrət edir. Ayaz Salayev kinonun müəllifinin hmunaistliyinə inanmır və onun qərəzli olduğunu düşünür.

Yazını prezident köməkçisi Əli Həsənov öz Facebook səhifəsində “İstərdim ki, hər bir azərbaycanlı hörmətli kinorejissor Ayaz Salayevin bu məqaləsini oxusun və Rüstəm İbrahimbəyov adlanan milli dönüyə münasibət bildirsinlər” balığı ilə paylaşıb.

İki gün ərzində “Qafqaz üçlüyü” filmi gündəmin əsas müzakirə mövzusudur. Film haqqında yazanların çoxu Rüstəm İbrahimbəyovu tənqid edib və onu qərəzli mövqedə olmaqda suçlayıb.

“İllərlə davam edən anlaşılmazlıq”

Tənqidlərə müəllifin özü də münasibət bildirib. Turan İnformasiya Agentliyinə göndərdiyi “İllərlə davam edən anlaşılmazlıq” başlıqlı yazıda qeyd edib ki, xalqının acısını hiss edir və baş verənlərdə bütün erməni xalqını günahkar hesab etmir.

“Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər.”

Rüstəm İbrahimbəyov kinoşünas Ayaz Salayev bu filmə 3 il sonra baxdığına inanmır və düşünür ki, ya yazı “sifarişli”dir, ya da ki, onun öz üzərinə diqqət çəkmək üçün atılmış addımdır.

Filmin müəllifi yazısında onu da qeyd edir ki, “Qafqaz üçlüyü” Azərbaycanda hər bir erməninin düşmən elan edilməsi dəlilinə etiraz edir.

“Qafqaz üçlüyü” ilə bağlı “Film fiction” film jurnalı da tənqidi yazı paylaşıb. Jurnalın rəsmi Facebook səhifəsində yazılıb ki, filmlə bağlı mövqeləri belədir:

  • “Qafqaz Üçlüsü” filmi heç bir ciddi kinematoqrafik nümunə sayıla bilməz.
  • Rüstəm İbrahimbəyov kimi bir yazıçının dramaturgiyasındakı primitivlik anlaşılmazdır.
  • Humanizm nümunəsi kimi təqdim edilən film qərəzli yanaşmalarla zəngindir.
  • Üç obraz bərabər səviyyədə açılmadığından bu qərəz film irəlilədikcə daha çox böyüyür.
  • Film provakasiyadır və hadisələr arasında əlaqə məntiqsizdir.
  • Üç əsas qəhrəmandan başqa əlavə (köməkçi) obrazlar işlənməyib. Aktyorlar candandırdıqları obrazları anlamırlar.
  • Yazıda o da qeyd olunur ki, “Film Fiction” rejissora qarşı linkç kampaniyasını da doğru hesab etmir və düşünürlər ki, bir filmə görə heç bir rejissora vətən xaini damğası vurmaq olmaz.

Ayaz Salayev: “Burda başqa bir şey axtarmaq yanlışdır. Sifarişlə də yazmamışam”

Rüstəm İbrahimbəyovun adıçəkilən yazının sifarişlə yazılması iddiası isə cavabsız qalmayıb. Kinoşünas Ayaz Salayev bunla bağlı Azadlıq Radiosunun suallarını cavablandırıb. A.Salayevin müsahibəsindən bəzi məqamları təqdim edirik:

  • Düşmən tərəfdən bunu görəndə normal qəbul edirsən, amma öz tərəfimizdən xəyanəti görəndə hamı çox inciyir. Burda başqa bir şey axtarmaq yanlışdır. Sifarişlə də yazmamışam. Mənim addımımda çirkin, iyrənc bir şey axtarmaq bilmirəm nə dərəcədə düzgündür, nə dərəcədə mənəvi baxımdan sağlamdır?
  • Mesajı odur ki, Qarabağ münaqişəsinin əsas problemi Azərbaycan torpaqlarının işğalı yox, azərbaycanlıların ermənilərə səbəbsiz və əsassız nifrətidir. Azərbaycanlıları çox vəhşi, təcavüzkar kimi təqdim edirlər. Orda azərbaycanlılar qoca gürcünü döyürlər, ölür. Mesaj budur ki, azərbaycanlıları sakitləşdirmək lazımdır, onda Qarabağ münaqişəsi həll olunar.
  • Siz dünya kinosunda milliyyəti olmayan böyük rejissor tanıyırsınız? Fellininin milliyyəti yoxdur, Tarkovskinin milliyyəti yoxdur, Akira Kurosavanın milliyyəti yoxdur?
  • Məncə, hökumət haqlı nəsə deyəndə bunu cəsarət tapıb söyləmək lazımdır. Rüstəm İbrahimbəyovu müxalif, azadlıq uğrunda, Azərbaycanda demokratiya uğrunda vuruşan adam kimi görmək yanlış olardı. Bu filmi Azərbaycanda kim görübsə qəlbinə toxunub.

“Baş verən hadisələr həddən artıq sünidir”

Mövzu təkcə sosial şəbəkə istifadəçiləri arasında müzakirə olunmur, həmçinin köşə yazılarının da gündəminə çevrilib. Bəstəkar Elmir Mirzoyev Meydan TV-də yazdığı köşəsində mövzu ilə bağlı fikirlərini bölüşüb. Bəstəkar Rüstəm İbrahimbəyovun 3 il əvvəl çəkdiyi filmə görə linç edilməsini tənqid edir və bunu bir vaxtlar Əkrəm Əylislinin müəllifi olduğu “Daş yuxular” kitabına görə kəskin tənqidlərə məruz qalması hadisəsi ilə müqayisə edir.

Həmçinin yazıda filmdə Qarabağın Azərbaycan torpaqları olduğunu, Azərbaycanın 20%-nin işğal edildiyini vurğulayan dialoqlardan misallar çəkir və deyir:

“Təbii ki, bunlar filmin xarici auditoriyası üçün ssenarist tərəfindən xüsusi hazırlanmış məlumatdır.”
Amma bəstəkar həm də filmdəki personajları və sujet xəttini həddən artıq süni hesab edir:

“…baş verən hadisələr həddən artıq sünidir, yersizdir, bədii cəhətdən inandırıcı deyil. … Aktyor oyunu haqda danışmaq əbəsdir, Stanislavskinin sözləri ilə desək – inandırmır! Əsərin baş qəhrəmanı (Yuri Stoyanov) əsla erməni ataya bənzəmir, soyuqqanlılıqla bioliji oğluna basqı edir ki, Bakıya gedib həqiqi soyadı (Ağayants) olan doğum haqda şəhadətnamə gətirsin. Bakıya gələn Timurun (Sergey Quzeev) həyat yoldaşı ilə olan səhnə, sonra ailənin yığışması da süniliyi ilə göz çəkir. Sonrakı süjet xətti, ümumiyyətlə, müəmalı qalır, baş qəhrəmanlardan biri Timur öz bağlarındaca yoxa çıxır, sonra tamaşaçı onu ssenaristlə birgə su quyusunda “tapır””.

https://www.youtube.com/watch?v=Dwgmj5PhWPc

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia