Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP fəallarının məhkəməsi qapalı keçirildi, şikayətləri təmin edilmədi

31 May 2018
A A
AXCP fəallarının məhkəməsi qapalı keçirildi, şikayətləri təmin edilmədi

Ruslan Nəsirli, Aqil Əli Məhərrəmli. Kollaj: mikroskop media. Foto: şəxsi arxiv / facebook

Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin Ali Məclis sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov barədə verilən həbs qərarından şikayətə baxılıb.

Qapalı keçirilən məhkəmə proseslərində hər iki məhbusun şikayəti rədd edilib və cəbhəçi fəallar barəsində ilkin istintaq dövrü üçün seçilən dörd aylıq həbs-qətimkan tədbiri qərarı qüvvədə qalıb.

Babək Həsənovun vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə B.Həsənov özü də iştirak edib. O, özünü təqsirli bilməyib: “Məhkəmə qapalı olduğuna görə çox şey deyə bilməyəcəm. Müəyyən şikayətləri oldu, onlarla əlaqədar müvafiq qurumlara müraciət edəcəyik”.

Babək Həsənov barəsində həbs-qətimkan tədbiri mayın 26-da Nərimanov Rayon Məhkəməsində seçilib. O, bir neçə gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqdan sonra mayın 30-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ruslan Nəsirlinin şikayətinə isə hakim İlqar Murquzovun sədrliyi ilə baxılıb.

Vəki Fariz Namazlı deyib ki, şikayətləri təmin olunmadığı üçün növbəti addımları Ruslan Nəsirlinin ev dustaqlığına buraxılması barədə vəsatətlə məhkəməyə müraciət etmək olacaq.

  • AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

  • Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

  • Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

  • Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia