Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

YAP rəsmisi AXCP haqda: Milyonlarla pul qazanırlar, lakin saxta hesabatlar verilir

04 İyun 2018
A A
YAP rəsmisi AXCP haqda: Milyonlarla pul qazanırlar, lakin saxta hesabatlar verilir

Milli Şuranın "Məhsul" stadionunda keçirdiyi mitinqdə Cəmil Həsənli və Əli Kərimli. Foto: Turan

Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqdə Cəmil Həsənli və Əli Kərimli. Foto: Turan

“Azərbaycanı sevməyən qüvvələr öz məqsədlərini AXCP və “Milli Şura” vasitəsilə həyata keçirməyə çalışırlar”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Hər kəsə bəllidir ki, AXCP və “Milli Şura”nın məqsədi anti-Azərbaycan mövqeyində dayanmaq və xaricdən aldıqları maliyyə hesabına daxildəki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycan haqqında ayrı-ayrı beynəlxalq təşkilatlara və s. yalan məlumat ötürməkdir”.

YAP-ın icra katibi deyib ki, Azərbaycanın uğurlu xarici və daxili siyasətini istəməyən xarici qüvvələr ölkədə təxribatlar törətmək və ictimai-siyasi sabitliyi pozmağa cəhd etmək üçün müxtəlif şəxslər vasitəsilə Azərbaycana maliyyə vəsaitini AXCP və “Milli Şura”ya ötürür.

S. Novruzov bir neçə gün əvvəl DİN və Baş Prokurorluğun yaydığı məlumatla bağlı da danışıb.

“Milyonlarla pul qazanırlar, lakin bu məsələlər hətta öz yaxın ətraflarından belə gizlədilir və saxta hesabatlar verilir. İstintaq bu məsələ ilə bağlı iş aparır, son qərar istintaqdan asılı olacaq”.

  • 26 mayda DİN və Baş Prokurorluq AXCP funksionerlərini qanunsuz sahibkarlıqda ittiham edib. Yayılan birgə Məluamtda deyilir ki, adıçəkilən qurumlar ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində istintaq-əməliyyat tədbirləri keçirib.

  • AXCP-nin 3 fəalı saxlanılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

  • AXCP funksionerləri və mayın əvvəlində həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilən cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia