No Result
View All Result
Saatlı rayonunun Smadakənd kəndi ərazisindəki pambıq tarlalarında ziyanvericilərə qarşı dərmanlamadan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya 24 nəfər daxil olub.
Bu barədə məlumatı Turan Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Nazirlikdən bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 20 nəfəri Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. İki nəfər artıq evə buraxılıb, 4 nəfər isə Bakı Şəhər Toksikologiya Mərkəzinə yerləşdirilib. Toksikoloji Mərkəzə yerləşdirilənlərin vəziyyəti orta ağırdır.
No Result
View All Result