Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Necə oldu ki, Azərbaycanda İnsan Hüquqları Günü qeyd edilməyə başladı?

18 İyun 2018
A A
Necə oldu ki, Azərbaycanda İnsan Hüquqları Günü qeyd edilməyə başladı?

Bakıda "Fəvvarələr meydanı"nda keçiriləcək növbəti aksiyaya nəzarət edən polis dəstəsi. Foto: AFP

İyunun 18-də Azərbaycanda İnsan Hüquqları Günü qeyd olunur. Bu gün 2007-ci il iyunun 18-də prezident İlham Əliyevin fərmanı ilə tətbiq edilməyə başlanıb. Turan Analitik Xidməti bu günün tarixçəsi və Azərbaycanın hazırkı insan haqları durumu barədə yazı hazırlayıb. Həmin yazını ixtisarla təqdim edirik.

18 iyun tarixi təsadüfi seçilməyib. 1998-ci il iyunun 18-də Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev İnsan Hüquqlarının Müdafiəsi üzrə Dövlət Proqramını təsdiq edib. 2011-ci ilin dekabrında İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planını təsdiq edir, bu proqram ölkədə insan hüquqlarının müdafiəsi üzrə tədbirlərin yol xəritəsi olmalı idi.

6 hissədən ibarət heybətli sənədin məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin sabitliyinin təmin edilməsi, cəmiyyətdə hüquqi mədəniyyətin inkişafı, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi idi.

Proqram 2015-ci ilə qədərki dövrü əhatə edirdi və sonradan uzadılmadı. Hökumət iddia edir ki, bu istiqamətdə az iş görülməyib. 90-cı illərdən etibarən Azərbaycan 200-dən çox beynəlxalq konvensiyanı qəbul edib, onların 70%-i birbaşa insan hüquqlarının müdafiəsinə yönəlib. Bu istiqamətdə Azərbaycanda İnsan Hüquqları üzrə Məsul Şəxs (Ombudsman) Aparatı yaradılıb, insan hüquqlarının müdafiəsi sahəsində qanunlar və digər normativ aktlar qəbul edilib, Ailə, qadın, və Uşaq məsələləri üzrə Azərbaycan Dövlət Komitəsi yaradılıb.

Ötən il ərzində və son vaxtlar müxtəlif yerli və xarici təşkilatlar ciddi işgəncə, siyasi və dini fəalların həbs edilməsi, mətbuat azadlığının pozulması faktlarını qeyd ediblər.

2017-ci ildə Azərbaycanda çox ciddi işgəncə, siyasi və dini fəalların həbsi, mətbuat azadlığının boğulması faktları davam edir. Bu barədə ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünyada insan hüquqları sahəsində vəziyyət haqqında illik hesabatında deyilir.

Geniş yayılmış pozuntu faktları arasında məhbusların ölümü, ağır və həyat üçün təhlükəli şəraitdə saxlanılması, özbaşına həbslər, azadlıqların olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərə qarşı fiziki hədələr, şəxsi həyata müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması halları göstərilir.

Ölümlə nəticələnən ən az altı işgəncə və fiziki zorakılıq hadisəsi haqqında məlumat verilir. Xüsusən, 28 aprel 2017-ci il tarixində Kürdəxanı istintaq təcridxanasında bloger Mehman Qələndərov şübhəli şəraitdə vəfat edib. O, tezbazar və gizli şəkildə dəfn olunub.

Məhbusun ölüm faktı üzrə istintaqın nəticələri haqqında ictimaiyyətə məlumat verilməyib.

Həmçinin, casusluqda ittiham olunan beş hərbiçinin öldürülməsi və yenə tezbazar dəfn edilməsi haqqında məlumat verilir. Ailələrə cəsədlərə baxmaq imkanı verilməyib. Məhbuslara qarşı işgəncələrə gəlincə, həbsdə olan bloger Mehman Hüseynov polis bölməsində işgəncəyə məruz qalıb.

“Müsəlman Birliyi” hərəkatının fəalları Abbas Hüseynov və Cabbar Cabbarov da Qobustan həbsxanasında işgəncələrdən şikayət edib.

Sentyabrda Bakıda saxlanılan LGBT fəallarına təhdid və təzyiq halları olub.

Tibbi yardım göstərilməməsi nəticəsində Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbsxanada vəziyyəti pisləşib.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü ildə çıxardığı həbsin qanunsuz olması barədə qərara baxmayaraq, müxalif siyasətçi İlqar Məmmədov həbsdə qalmaqdadır.

Həmçinin, 2016-cı ildə “Azadlıq” qəzetinin buraxılışı dayandırıldıqdan sonra ölkədə əhəmiyyətli müxalif çap nəşrlərinin qalmadığı qeyd edilir.

2017-ci ilin mayında “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, “Azərbaycan saatı” verilişinin saytları bloklanıb.

Avqustun 24-də Turan agentliyinin direktoru Mehman Əliyev həbs edilib. Amma sonradan o azad edilib, noyabrın 2-də isə iş bağlanıb.

Vətəndaşların məhkəmələrdə yalnız Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil edilməsi məhdudiyyəti ilə əlaqədar onların hüquqi müdafiə əldə etmək imkanlarının məhdudlaşdığı qeyd edilir.

Ölkədə ümumilikdə 156 siyasi məhbus var.

Bu ən yeni beynəlxalq hesabat aprelin 20-də dərc edilib. Azərbaycan Prezident Administrasiyası iradları tamamilə təkzib etməsə də, hesabatı qərəzli hesab edir.

Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentini Azərbaycana qarşı qeyri-obyektiv münasibətdə ittiham edib.

“Biz hansısa şübhəli “faktlar” əsasında hakimiyyətin nüfuzunu azaldanqərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mühakimə kimi qiymətləndiririk”.

Sənədə bu etiraz 11 aprel prezident seçkilərindən sonra rejimin rəqiblərinin yeni həbsləri, oğurlanması və döyülməsi dalğası ilə təsdiqini tapdı.

Və bütün bunlar Azərbaycan ombudsmanının mayın 18-dən iyunun 18-nə qədər insan hüquqları ayı elan etdiyi bir vaxtda baş verib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia