Polis. Foto: Turan

Bu gün Gəncədə baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 40 nəfər həbs edilib, iki polis əməkdaşı isə ölüb.

Saxlanılanlar Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.

DİN aksiyanı keçirənlərin radikal dini yönümlü bir qrup şəxslər olduğunu deyir.

Ölən polislər: Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov.

Cinayət işi: Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Rəsmi Məlumat:Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis…

Posted by HamamTimes on Tuesday, July 10, 2018

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin