Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Washington Post” konsulluqda qətlə yetirilən jurnalist Camal Qaşıqçının son yazısını dərc edib

19 Oktyabr 2018
A A
“Washington Post” konsulluqda qətlə yetirilən jurnalist Camal Qaşıqçının son yazısını dərc edib

Camal Qaşıqçı. İllustrasiya: Alex Fine / The Washington Post

Səudiyyə Ərəbistandan olan jurnalist Camal Qaşıqçı ölkəsinin İstanbul şəhərindəki konsulluğuna daxil olandan sonra yoxa çıxıb. Oktyabrın 2-dən itkin düşən jurnalistin konsulluqda öldürüldüyü aşkarlanıb. Türkiyə xüsusi xidmət orqanları onun cəsədinin konsulluqdan hissələrə bölünərək çıxarıldığını deyib. Bir neçə gün əvvəl isə türk polisi xüsusi icazə ilə konsulluqda araşdırma aparıb və jurnalistin qətlinə dair sübutlar tapdığını açıqlayıb. Bunların hansı sübutlar olduğu barədə məlumat verilmir. Konsul isə diplomatik toxunulmazlığından istifadə edərək ölkəsinə gedib.

Tənqidi yazılarına görə həyatına təhlükədən ehtiyat edən jurnalist 1 il idi ki, Amerikada yaşayırdı və “Washington Post” qəzeti ilə əməkdaşlıq edirdi. Adıçəkilən qəzet jurnalistin müəllifi olduğu ən son köşə yazısını dərc edib.

Beynəlxalq rəy yazılarının redaktoru Karen Attiahın qeydi

Mən bu köşəni Camal Qaşıqçının tərcüməçisi və köməkçisindən Camalın İstanbulda itkin düşməsi barədə xəbərdən bir gün sonra əldə etmişəm. “Washington Post” yazını dərc etmədi, çünki biz ümid edirdik ki, Camal geri qayıdacaq və biz o yazını birlikdə redaktə edəcəyik. Amma indi mən bunu qəbul etməliyəm: Bu baş verməyəcək. Bu, onun son yazısıdır ki, Post üçün redaktə edəcəm. Bu köşə yazısı onun Ərəb dünyasının azadlığına necə bağlı olduğunu mükəmməl əks etdirir. O azadlıq ki, onun üçün açıq-aydın həyatını qurban verdi. Mən ona həmişə minnətdar olacam ki, 1 il əvvəl sonuncu jurnalist evi kimi Postu seçdi və bizə onunla birlikdə işləmək şansı qazandırdı.

Camal Qaşıqçı. İllustrasiya: Alex Fine / The Washington Post

Camal Qaşıqçı: Ərəb dünyasının ən çox ehtiyacı olan şey ifadə azadlığıdır

Bu yaxında Freedom House`un 2018-ci ildə dərc etdiyi “Dünyada azadlıq” hesabatına baxırdım və həqiqətin nə qədər ağır olduğunu dərk etdim. Hesabatda Ərəb dünyasındakı yalnız bir ölkə “azad” kimi qiymətləndirilmişdi. Bu, Tunis xalqıdır. İordaniya, Mərakeş və Küveyt növbətidir, “qismən azad” hesab olunur. Qalan bütün ərəb ölkələri isə “azad olmayan” ölkələr sırasındadır.

Nəticə etibarilə, bu ölkələrdə yaşayan ərəblər ya məlumatlandırılmır, ya da yanlış məlumatlandırılır. Onlar gündəlik həyatlarına və bölgədəki vəziyyətə təsir edən məsələlərə toxuna, bunu ictimai müzakirələrə çıxara bilmirlər. Dövlətin danışdığı şeylər ictimai psixologiyanı nəzarətdə saxlayır və bəziləri buna inanmasa da əhalinin böyük əksəriyyəti bu danışılan şeylərin qurbanına çevrilir. Təəssüf ki, belə görünür, bu vəziyyət dəyişməyəcək.

2011-ci ildə “Ərəb baharı” zamanı ərəb dünyası ümidlə dolu idi. Jurnalistlər, akademiklər və ümumilikdə əhali öz ölkələrinə işıqlı və azad Ərəb cəmiyyətinin gələcəyi ümidi ilə dolu idilər. Onlar gözləyirdilər ki, hakimiyyətlərin hegemoniyasından və onların daima informasiyaya müdaxiləsindən, senzurasından azad olacaqlar. Bu gözləntilər isə qısa vaxtda alt-üst oldu; bu cəmiyyətlər ya köhnə status-kvoya qayıtdı, ya da əvvəlkindən sərt şəraitə düşdü.

Mənim dostum, səudiyyəli, tanınmış yazıçı Saleh əl-Şehi Səudiyyə mətbuatında indiyə qədər dərc olunmuş ən məşhur köşə yazılarını yazırdı. Təəssüf ki, o, Səudiyyə hökumətinin əleyhinə yazdıqlarına görə hazırda həbsdədir, heç bir əsası olmadan 5 il müddətinə azadlıqdan məhrum edilib.

Misir hökuməti də “al – Masry al Youm” qəzetini zəbt edəndə həmkarları heç bir reaksiya vermədi. Bu hərəkətlər artıq beynəlxalq ictimaiyyət tərəfindən də reaksiya görmür. Bəzi işlər tənqid olunsa da, bunun davamında susqunluq gəlir.

Nəticə etibarilə bu da ərəb hökumətlərinə imkan verir ki, medianı susdursunlar. Vaxt var idi ki, jurnalistlər internetin informasiyanı senzuradan azad edəcəyinə və çap mediasında olduğu kimi nəzarətdən qurtarcağına inanırdılar. Amma mövcudluğu informasiyanı nəzarətdə saxlamağa əsaslanan hökumətlər interneti aqressivcəsinə blokladılar. Onlar həmçinin yerli reportyorları həbs etdilər və xüsusi nəşriyyatların gəlirini azaltmaq üçün ona reklam verənlərə təzyiq etdilər.

Bir neçə vahə var ki, Ərəb baharının ruhunu təcəssüm etdirməyə davam edir. Qatar hökuməti informasiyanın idarə olunmasını öz əlində saxlayan qonşularından fərqli olaraq beynəlxalq jurnalistikanı dəstəkləyir.
Hətta mətbuatın “qismən azad” kimi qiymətləndirildiyi Tunis və Küveytdə də media daxili məsələlərə fokuslanır, Ərəb dünyasının üzləşdiyi məsələlərə yox. Onlar Səudiyyə Ərəbistan, Misir və Yəməndən olan jurnalistlər üçün azad platforma olmaqda da tərəddüd edirlər. Hətta Ərəb dünyasının saray zinəti sayılan Livan da mətbuat azadlığı məsələsində qütbləşmənin qurbanına çevrilir və İran meyilli Hizbullahın təsirinə düşür.
Ərəb dünyası təkcə xarici aktyorların yeritdiyi yox, eləcə də daxildə hakimiyyət uğrunda rəqabət aparan qüvvələrin də olduğu özünəməxsus dəmir pərdə ilə üz-üzədir. Soyuq müharibə zamanı bir neçə il ərzində tənqidi institut kimi inkişaf edən “Azad Avropa Radiosu” azadlığa ümidi təşviq etmək və dəstəkləməkdə böyük rol oynadı. 1967-ci ildə “New York Times” və “Washington Post” “International Herald Tribune” qəzetinin birgə sahibkarı oldu ki, bu da dünyanın müxtəlif yerlərindən olan səslər üçün platformaya çevrildi.

“Washington Post” mənim yazılarımı tərcümə etməyə və onları ərəbcə çap etməyə təşəbbüs göstərib. Buna görə, minnətdaram. Ərəblər gərək öz dillərində oxusun ki, Birləşmiş Ştatlar və Qərbdəki demokratiyanın qarışıqlığını və müxtəlif aspektlərini müzakirə etinlər və başa düşsünlər. Əgər hər hansısa misirli Vaşinqtondakı bir inşaat layihəsinin əslində neçəyə başa gəldiyi ilə bağlı məqalə oxusa, onda o, oxşar layihələrin öz ölkəsindəki nəticələrini daha yaxşı başa düşəcək.

Ərəb dünyasının vətəndaşların beynəlxalq hadisələrdən xəbərdar olmasına imkan verən keçmiş beynəlxalq medianın müasir versiyasına ehtiyacı var. Daha da vacibi budur ki, bizim ərəb səsləri üçün platformanın təmin olunmağına ehtiyacımız var. Biz kasıblıq, yanlış idarəetmə və pis təhsildən əziyyət çəkirik. Propaqanda ilə nifrəti təbliğ edən milliyyətçi hökumətlərin təsirindən xilas olmuş müstəqil beynəlxalq forum yaratmaqla ərəb dünyasındakı insanlar öz cəmiyyətlərinin üz-üzə qaldığı struktur problemlərinə toxuna bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia