Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Polis Əli Kərimlini kütləvi iğtişaşa hazırlıqda “ittiham etmək istəyir”

17 Noyabr 2018
A A
Polis Əli Kərimlini kütləvi iğtişaşa hazırlıqda “ittiham etmək istəyir”

Cəmil Həsənli və Əli Kərimli "Məhsul" stadionundakı mitinqdə. Foto: Əziz Kərimov

Bu gün Şəhidlər Xiyabanında saxlanılan AXCP fəallarının sayı dəqiqləşib. Polis Milli Dirçəliş gününü qeyd etmək istəyən 53 nəfər cəbhəçini saxlayıb və onların arasında partiya sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də olub. Səbail rayon Polis İdarəsinə aparılan partiya fəallarının bir qisminin artıq buraxıldığı barədə məlumat verilib. Polis onların hara aparıldığını demir.

Gün ərzində polis idarəsinə halı pisləşən paritya fəalları üçün təcili yardım çağırılıb. AXCP fəalı Zəfər Əhmədov jurnalistlərə deyib ki, təcili yardım polisə gətirilərkən dəyənəklə vurulan bir neçə gənc üçün çağırılıb.

Əli Kərimli və Cəmil Həsənlinin isə polis idarəsindən buraxılıb-buraxılmadığı barədə dəqiq məlumat verilmir. Polisin partiya sədrini Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ( Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) ilə ittiham etmək istədiyi bildirilir.

Z.Əhmədovun verdiyi məlumata görə bu məqsədlə polis idarəsində olan üzvlərdən bu məzmunda ifadə almağa cəhd göstərilib.

Nə baş verib: Bu gün Milli Dirçəliş gününü qeyd etmək məqsədi ilə AXCP və Milli Şura üzvləri Şəhidlər Xiyabanına yürüş etmək istəyib. Polis mane olub və Cəmil Həsənli, Əli Kərimli başda olmaqla 53 fəalı Səbail rayon Polis İdarəsinə aparıb.

AXCP sədri @AliKarimli avtobusa mindirilərək Səbail rayon Polis İdarəsinıə aparılıb. Onunla bərabər 50-yə yaxın fəal var. pic.twitter.com/Tx3MO8KK4E

— Mikroskop Media (@MikroskopMedia) November 17, 2018

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia