Parisdə keçirilən “sarı jiletlilər” adını alan etiraz aksiyaları nəticəsində təkcə dekabrın 1-də baş verənlərlə bağlı dəyən zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub.
Nə baş verib: Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, aksiya iştirakçıları sarı jilet geyiniblər.
Dekabrın 1-də küçə iğtişaşlarında 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.