Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda vəkillərin sübutlara çatımlılığı niyə çətindir?

13 Dekabr 2018
A A
Azərbaycanda vəkillərin sübutlara çatımlılığı niyə çətindir?

Ağır Cinayətlər Məhkəməsinin qarşısı. Foto: screenshot

Azərbaycanda vəkillər məhkəmə tərəflərindən biri kimi nə dərəcdəə bərabər hüquqludurlar? Necə işləyirlər? Məsələn sübutlara necə çatırlar?
Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir ki, vəkillərin sübutlara çatımlığı zəifdir. Əslində təcrübə göstərir ki, vəziyyət onun təqdim etdiyindən daha qəlizdir.

Qanuna görə əgər cinayət baş veribsə, istintaq aparılır və müstəntiq işlə bağlı bütün növ sübutları toplayır və bundan sonra ittiham aktı hazırlanır. Problem də elə burada başlanır, çünki vəkilin həmin ittiham aktı, orada göstərilən sübutlarla tanış olmağa imkanı olmur.

Sübutlara çatımlığı müstəntiqin xeyli çoxdur, çünki Sovet dövründən qalan ənənə olaraq belə düşünülür ki, müstəntiq sübutları araşdırmalıdır, ittihamı təqdim etməlidir, vəkil də baxmalıdır, əgər təqsiri yoxdursa və yaxud başqa cür cəzanı yüngülləşdirmək olarsa, müdafiə xarakterli çıxış eləməlidir. Amma vəkilin özünün istintaq aparması, özünün dindirmələr həyata keçirməsi, ifadələr alması bizdə praktikaya yad bir şeydir.

Sübutlara çata bilməmək təkcə vəkillər üçün yox, cinayət işində ittiham olunan şəxslər üçün də ciddi problemdir. Hüquqşunas Ruslan Əliyev deyir ki, bu, özünü ən çox işgəncə halları ilə bağlı məsələlərdə göstərir

İsti-isti vəkilin ona çıxışı olmalıdır. Vəkilin çıxışı olanda sübutlara da çıxışı olmalıdır. Ekspertiza təyin edib onun cavabını almalıdır. Döyülür, bədən skoçdan filan və s. üsullardan istifadə edirlər və yaxud da elə formada dəöyürlər ki, iz ya qalmasın, ya da tez getsin. Ondan sonra görüşdürürlər vəkillər. Artıq pozuldu. Bu, ümumiyyətlə dünyada da praktikada adətən az demokratik ölkələrdə çox rastlanılır. Bunu hər gün qəzetlərdə filan oxuya bilərsiz. Bu, ən böyük problemlərdən biri budur. Təsəvvür edin, silahınız budur və siz o silahdan məhrum necə döyüşəcəksiz? Qalırsız tərk-silah olunmuş vəziyyətdə.

Azərbaycanın kağız üstündə qəbul etdiyi qaydaların tətbiq olunduğu ölkələrdə isə vəziyyət başqa cürdür.

Mən özüm Amerikada məhkəmədə iştirak eləmişəm, həm cinayət işində, həm mülki işdə. Orada məsələn, hakim ümumiyyətlə prosesə müdaxilə eləmir. Hakim tərəflərin şəxsiyyətini müəyyən edir, həmçinin andlı iclasçıların – bizdə o institutu ləğv elədilər – vəssalam, hakim oturur sakitcə, ümumiyyətlə ağzını açmır, sadəcə gedişata baxır. Hətta mübahisə qızışanda da idarə etməyə cəhd göstərmir və tərəflər bir-birilərinin üzünə baxa- baxa, həmçinin andlı iclasçıların üzünə baxaraq özlərini, öz mövqelərini sübut etməyə çalışırlar. Çəkişmə prinsipi budur əslində. İki tərəf üz-üzə dayanır, loru dildə desək, atışırlar. Hakim baxır nəticə çıxarır ki, kim haqlı oldu burada.

Hüquqşünaslar deyir ki, problemdən çıxış yolu qanunvericilikdə vəkilin qarşısını alan və prokurora monopoliya verən maddələrin dəyişdirilməyidir. Eyni zamanda hüquq sistemindəki korrupsiya da aradan qalxmalıdır ki, tərəflər barbərləşsin və vəkil öz işini icra edə bilsin.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia