Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Binəli Yıldırım və övladlarının offşor şirkətləri haqqında yazan jurnalist həbs edilib

10 Yanvar 2019
A A
Binəli Yıldırım və övladlarının offşor şirkətləri haqqında yazan jurnalist həbs edilib

Pelin Ünkər. Foto: icij.org

Türkiyənin “Cumhuriyet” qəzetinin müxbiri Pelin Ünkər həbs edilib.

Qəzet yazır ki, jurnalistin həbs edilməsinə səbəb “Paradise Papers” (Cənnət kağızları) adlı xəbərlər silsiləsidir. Həmin yazılarda jurnalist Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və övladlarının Maltada offşor şirkətləri olduğunu yazıb.

Məhkəmə hesab edib ki, Pelin Ünkər bu xəbərlərdə Binəli Yıldırımı təhqir edir və buna görə də jurnalistin 1 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. P.Ünkər həmçinin 8 min 600 türk lirəsi cərimə ödəməlidir.

Pelin Ünkər. Foto: icij.org

Jurnalistin vəkillərindən biri Binəli Yıldırım və övladlarının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində yanlışlıqlar olduğunu vurğulayıb. O, həmin ərizədə yer alan və Pelin Ünkərə aid edilən bəzi yazılarda əslində onun imzasının olmadığını deyib. Vəkilin sözlərinə görə, “Paradise Papers” silsilə xəbərlərində jurnalist Məclis sədrini və onun övladlarını təhqir edən heç bir ifadəyə yer verməyib. Digər bir vəkil isə bildirib ki, bu sənədlər bütün dünyada yayımlansa da təkcə Pelin Ünkər məhkəməyə verilib və indi də həbs edilir.

Pelin Ünkər məhkəmədən çıxarkən verdiyi açıqlamada həbsin səbəbini belə izah edib:

Bu cəza ona görə verilir ki, bir daha əlimə bu cür material düşəndə həbs edilməkdən çəkinib xəbəri yazmayım. Təbii ki, peşəmlə məşğul olmağa davam edəcəm. Digər jurnalistlər necə edirlər? Mən də bacaracam.

“Paradise Papers” nədir?

“Paradise Papers” 40-dan çox ölkədə müxtəlif siyasətçilərin, varlı biznesmenlərin və şirkətlərin offşor hesablar və şirkətlər vasitəsilə vergidən yayındıqlarını üzə çıxaran sənədlərdir.

Son 70 ili əhatə edən bu sənədlər ilk dəfə 2016-cı ildə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızıb. Qəzet 13,4 milyon gizli elektron sənəddən ibarət toplunu Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) ilə bölüşüb. BBC və The Guardianın müxbirləri də daxil olmaqla konsorsiuma üzv olan media nümayəndələri sənədlərə baxıb və əsas məlumatları ayırd ediblər. Bir çox media bu sənədləri 5 noyabr 2017-ci il tarixində yayımlayıb.

Sənədlərdə kimlərin adları keçir?

“Paradise Papers” Panama sənədlərindən sonra ən böyük məlumat sızıntısı hesab edilir. Burada İngiltərə karaliçası II Elizabet, hazırda ABŞ prezidenti olan Donald Tramp, Rusiya lideri Vladimir Putin, Qazaxıstan prezidenti Nurəli Əliyev də daxil olmaqla 120 mindən çox şəxs və şirkətin adı keçir. “Boston Consulting Group” sənədlərdə ümumilikdə 10 trilyon dollardan söhbət getdiyini açıqlayıb.

Araşdırmaçı jurnalist Dəfnə Karuana Qalizianın öldürülməsindən sonra baş tutan aksiyadan. Foto: Darrin Zammit Lupi / Reuters

Azərbaycan “Paradise Papers”da

Dünyada böyük səs-küyə səbəb olan bu sənədlərdə Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin də adı çəkilib.

Sənədlərdə İlham Əliyevin öz adına hər hansı bir şirkət yer almır. Ancaq demək olar ki, onun bütün ailə üzvlərinin “Cənnət Kağızları” var. Belə ki, bu sənədlərdə birinci xanım və birinci vitse-prezident Mehriban Aliyevanın, prezidentin övladları – Leyla Əliyeva, Arzu Əliyeva və Heydər Əliyevin, həmçinin prezidentin bacısı Sevil Əliyevanın adı keçir.

Daha öncə baş verən böyük məlumat sızıntısında -“Panama Papers”da (Panama Sənədləri) da Azərbaycan prezidenti və ailəsinin adı çəkilib, onların Londondakı mülklərinin siyahısı üzə çıxıb. Məlum olub ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib.

“Cənnət Kağızları” isə birbaşa Malta ilə bağlıdır. Malta ilə Azərbaycan arasındakı isti münasibəti əvvəlcə bu ölkənin baş naziri Cosef Muskat, daha sonra isə enerji naziri Konrad Mizzinin İlham Əliyevlə gizli görüş üçün Bakıya gəlmələrindən sonra sorğulanmağa başlanıb.

2017-ci ilin sonlarında maltalı araşdırmaçı jurnalist Dəfnə Karuana Qalizia ölkəsindəki “Pilatus Bank”ın ən böyük 3 müştərisinin Azərbaycanın Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov və İlham Əliyevin qızı Leyla Əliyeva ilə oğlu Heydər Əliyev olduğunu üzə çıxardı.

Həmin jurnalist qətlə yetirilib.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia