Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Mehman Hüseynovla bağlı qətnaməni yerinə yetirməsə, nə baş verəcək? İzah edirik!

17 Yanvar 2019
A A
Azərbaycan Mehman Hüseynovla bağlı qətnaməni yerinə yetirməsə, nə baş verəcək? İzah edirik!

Avropa Parlamentinin iclaslarından biri. Foto: European Parliament

Bu gün Avropa Parlamentində deputatların böyük səs çoxluğu ilə bloqqer Mehman Hüseynovun azadlığa buraxılması tələbinin daxil edildiyi qətnamə qəbul edillib. Azərbaycan hökuməti isə bu günkü iclasa bloqqer Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini və Azərbaycanda bir qrup hüquq müdafiəçisinin onunla görüşdüyünü, vəziyyətilə maraqlandığını əks etdirən sənəd göndərib.

AP-nin bu qətnaməsindəki tələb Azərbaycan tərəfindən icra olunmayacağı təqdirdə nə baş verə bilər? Bu qətnamənin əsas tələbi nədir?

Hüquq müdafiəçisi Rəsul Cəfərovdan xahiş etdik ki, bu sualları cavablandırsın.

Avropa Parlamentinin iclaslarından biri. Foto: European Parliament

1

Avropa Parlamentinin qətnaməsi nə deyir?

Bu qətnamə özü “Azərbaycanda insan haqlarının vəziyyəti, xüsusilə Mehman Hüseynov işi” adlanır. Zəruri olan, əhəmiyyət daşıyan çağırışlardan biri odur ki, Mehman Hüseynov azadlığa buraxılmalıdır. Amma Mehman Hüseynovdan başqa digər siyasi məhbusların da azadlığa buraxılması, şərti cəza alan şəxslər, yəni jurnalist Xədicə İsmayıl, İlqar Məmmədov, İntiqam Əliyev və digərlərinin ölkədən buraxılması, onlar haqqında olan məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması və s. tələb olunur. Əslində çağırışlar kifayət qədər çoxdur, amma əsas mövzu ondan ibarətdir ki, Avropa Parlamenti faktiki Mehman Hüseynov məsələsinə görə yığışıb.

Avropa Parlamentinin 28 ölkədən ümumilikdə 751 üzvü var. Onun 533-ü bu qətnamənin lehinə səs verib ki, bu da mütləq nəticədir. Parlamentin 5-6 böyük fraksiyası var, onların da hamısı bunun lehinə çıxış edib. Hətta vaxtilə hüquq müdafiəçiləri tərəfindən tənqid olunan Avropa Xalq Partiyası fraksiyasının da əksər üzvləri lehinə səs verənlər sırasındadır.

Əsas çağırış Mehman Hüseynovun azadlığa buraxılması tələbidir. Heç kim ona qarşı irəli sürülmüş biabırçı, absurd ittihama inanmır; həm ölkə daxilində, həm də bu günkü qətnamə göstərir ki, ölkə xaricində də buna inanmırlar. 533 nəfər böyük rəqəmdir. Onların hamısı qərəzli ola bilməz, ermənispərəst ola bilməz. Ona görə bu, siyasi baxımdan çox böyük dəstəkdir və mövqe ifadəsidir.

Mehman Hüseynov həbs olunmadan əvvəl müxtəlif mövzularda reportajlar edir, sorğular keçirirdi. Sonuncu dəfə keçirdiyi sorğudan bir neçə gün sonra o, polisə şər atmaqda ittiham olunaraq həbs olunub. Onun həbsinə səbəb bu sorğu ola bilər? #FreeMehman #FreeMehmanHuseynov pic.twitter.com/CNAaZqKOFZ

— Mikroskop Media (@MikroskopMedia) January 8, 2019

2

Azərbaycan qətnamənin tələbini icra etməsə nə olacaq?

Avropa Parlamentinin qətnaməsi Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Kabinetinin qərarlarından fərqli olaraq Azərbaycan üçün məcburi xarakter daşımır. Amma burada bir vacib məsələ var, keçən ilin iyul ayında elə indiki tərkibdə olan Avropa Parlamenti, böyük səs çoxluğu ilə – onda da 500-dən artıq nəfər onun lehinə səs vermişdi – Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etdi. Həmin qətnamədə digər məsələlərlə yanaşı çox dəqiq və açıq mesaj verildi ki, əgər Azərbaycanda insan haqlarının vəziyyəti yaxşılaşmasa, xüsusilə siyasi məhbuslar və vicdan məhbusları azadlığa buraxılmasa, Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında hazırda danışıqları gedən ikitərəfli strateji müqaviləni ratifikasiya etməyəcək. Əgər Avropa Parlamenti o müqaviləni ratifikasiya etməsə, bu o deməkdir ki, o, qüvvəyə minmir. Bu da həmin müqavilənin faktiki olaraq ölü müqaviləyə çevrilməsidir. Bu baxımdan Avropa Parlamentinin hazırda edə biləcəyi real addımlardan biri odur ki, əgər Avropa Birliyi ilə Azərbaycan o müqaviləni imzalasa, bu, Avropa Parlamentinin ratifikasiyasından keçməyəcək. Bu da həm Avropa Birliyinin, həm də Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycan hakimiyyəti də bu müqavilədə maraqlıdır, çünki Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri Avropa Birliyidir. Bizim öz məhsullarımızı satdığımız əsas bazarlardan biri Avropadır. Atıla biləcək real addımlar bundan ibarətdir.

#Azerbaijan 26 dekabrdan yəni Mehman Hüseynova cinayət işi açılan gündən indiyə qədər baş verənləri xronoloji ardıcıllıqla yığmışıq. İzləyin və xatırlayın bu günlər ərzində nələr olub. #FreeMehman #FreeMehmanHuseynov pic.twitter.com/AxhqpPRiTe

— Mikroskop Media (@MikroskopMedia) January 7, 2019

3

Analoji qətnamə əvvəllər də qəbul olunubmu?

Bundan əvvəl də Avropa Parlamenti oxşar qətnamələr qəbul edib. Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədovun işi ilə bağlı qəbul olunub. Digər siyasi məhbuslarla bağlı, məsələn biz hüquq müdafiəçiləri həbsdə olanda, daha sonra da jurnalist Xədicə İsmayıl və digər məsələlərlə bağlı qətnamələr olub. Burada məsələ ondan inbarət olub ki, həmin qətnamələr vasitəsilə siyasi iradə ifadə olunub. Yəni Avropa öz mövqeyini göstərib ki, onlar həmin adamların günahsız olduğuna inanır. Bu qətnamədə isə digərlərindən fərqli olaraq yuxarıda qeyd edilən ratifikasiya faktoru var, həmçinin Avropa Parlamenti nüfuzlu strukturdur.

İndi Avropa Birliyində Hollandiyanın təşəbbüsü ilə sansksiya rejiminin tətbiqi ilə bağlı ciddi müzakirələr gedir. Yaxın aylarda bunun reallaşacağı ehtimalı da var. Ən azından ciddi müzakirələrin gedəcəyi dəqiqdir. Parlamentarilər həmin prosesdə də müəyyən rol oynaya bilər. Mehman Hüseynov azadlığa buraxılmayacağı təqdirdə onun işinə cəlb olunmuş, saxta qərarlar çıxarmış, işi aparan müstəntiq, işə nəzarət edən prokuror, Mehmanın üzünə duran şəxs və s. adamlar sanksiya siyahılarına salına bilər. Bu da ehtimal olunan addımlardan biridir.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia