Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Üsyankar satira ustası Səməd Mənsur haqqında

31 Yanvar 2019
A A
Üsyankar satira ustası Səməd Mənsur haqqında

Səməd Mənsur. Foto: wikipedia

Bu gün görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasının 140-cı ildönümü tamam olur.

Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu ildə Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib. Klassik ədəbiyyatın bilicilərindən olan Səməd Kazımov “Bəsirət”, “İqbal”, “Tuti”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub.

Yaradıcılığının birinci dövründə, yəni 1918-ci ilin əvvəlinə qədər şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib.

Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləyib. Bu dövrdə “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olub. Poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini yazıb. Ona daha çox şöhrət qazandıran “Həpsi rəngdir” müxəmməsidir. Yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sənətkar sanki üsyan qaldırırdı.

Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsurun yaradıcılığının ana xəttini təşkil edir. Ədib “Şeypur”da dərc etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarından birində ana dilini bəyənməyən “ziyalıları” “ruslaşdırma” siyasətindən uzaq olmağa çağırıb.
Şairin yaradıcılığının üçüncü – sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox pyeslər (“Maarif”, “Cinayət”, “Dərviş” və digər əsərləri) yazmağa üstünlük verib.

Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus yeri var. “Səfa” Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında mühüm işlər görüb. O, “Nicat” Cəmiyyətinin truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da müxtəlif xarakterli obrazlar yaradıb.

1920-ci ildən sonra baş verən siyasi hadisələr şairə olduqca pis təsir edib.
Səməd Mənsur 1927-ci ildə vəfat edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia