Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Motsartın adındakı Amadeyin ad yox, ləqəb olduğu bəlli olub

12 Fevral 2019
A A
Motsartın adındakı Amadeyin ad yox, ləqəb olduğu bəlli olub

Motsart. Foto: wolfgangamadeus.at

Volfqanq Amadey Motsart – hamı onu bu adla tanıyır.

Ancaq böyük sənətkarın ikinci adı, yəni “Amadey” (“Amadeus”) əslində ləqəbdir.

Bu ləqəb necə meydana gəlib?

Motsart əslində Johannes Chrysostomus Wolfgangus Theophilus Mozart adı ilə xaç suyuna salınıb.

“Amadeus” sözünün “Theophilus” soyadından törədiyi təxmin edilir. “Theophilus” yunan sözü olub tanrının sevgilisi və ya tanrı tərəfindən sevilən mənalarını verir. Bu söz almancaya tərcümədə “Gottlieb”, latıncada “Amadeus” sözünə uyğun gəlir.

Motsart ömrü boyu məktublarını “Wolfgangus Amadeus Mozartus” adı ilə imzalayıb. 1777-ci ildən sonra isə o, “Wolfgang Amadè” və ya “Wolfgango Amadeo” imzasından istifadə edib.

O dövrdə adın müxtəlif dillərə çevrilərək yazılması adi hal idi. Məsələn, Joseph Haydn – Josephus (latın dilində) və ya Giuseppe (italyanca), Ludwig van Beethoven – Luigi (italyanca) və ya Louis (fransızca) kimi tanınırdı.

Motsartın rəsmi sənədlərində Amadey ləqəbindən cəmi 2 dəfə istifadə edilib – onun evlilik sənədində və ölümü haqqındakı kağızda.

Onun ölümündən 7 il sonra “Breitkopf & Härtel” firması Motsartın bütün əsərlərini Amadey adı altında yayımlayıb. Bəstəkarın ölümündən 19 il sonra, yəni 1810-cu ildən etibarən isə Amadey adının Motsartın sadəcə ləqəbi olduğu gerçəyini demək olar ki, hamı unudub.

O dövrdən sonra romantik yazarlar bəstəkara olan heyranlıqlarını ifadə edərkən Amadey adını çəkməyə başlayıblar.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia