Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Həsənovun danışdığı “seçki rüşvəti” nədir və necə verilir? İzah edirik!

20 Fevral 2019
A A
Prezidentin köməkçisi Əli Həsənovun AŞPA ilə bağlı statusundan çıxarışlar: Gələn qonaqlar ac yola salınmalıdırmı?

Əli Həsənov. Foto: APA

Prezidentin köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı yazısında AXCP sədri Əli Kərimlinin 500 min nəfərin banklara olan borcunun silinməsi təklifi ilə bağlı deyib ki, dövlətin buna gücünün çatıb çatmayacağını da hesablamaq lazımdır.

Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə gətirənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı, biz, deyəsən, demokratiyadan danışırıq – deyə Əli Həsənov davam edib.

Politoloq Ərəstun Orucludan xahiş etdik ki, seçki rüşvətinin nə olduğu, hökumətin hansı növ addımlarının bu qəbildən olan hərəkətlər sayıldığını izah etsin.

Əli Həsənov. Foto: APA

Seçki rüşvəti nədir?

Seçki rüşvətini müəyyən etmək üçün konkret situasiyaya, konkret dövrə baxmaq lazımdır. Əgər ölkədə normal seçki prosesi varsa, onda banklara olan kredit borclarının silinməsi halı seçki rüşvəti, yəni seçicilərin səsini pulla almaq hesab oluna bilər.

Bunu Gürcütsan təcrübəsində gördük. Faktiki olaraq oliqarx İvanişvilinin rəhbərlik etdiyi hakimiyyət birinci mərhələdə seçkini uduzmuşdu. İkinci tur ərəfəsində kredit borclarının silinməsi məhz ona gətirib çıxardı ki, İvanişvilinin partiyasını təmsil edən, hazırkı prezident Zurabişvili qalib gəldi. Bu ona görə baş verdi ki, orada seçki prosesi var idi və əhalinin səsini pulla aldılar. Seçki rüşvətinin əhaliyə nəğd pulların verilməsi, sosial yardımlar, yaxud da bu formada – kredit borclarının silinməsi kimi müxtəlif formaları var.

Azərbaycanda isə seçki ərəfəsində və yaxud hansısa bir siyasi mərhələdə kreditlərin silinməsi əsla əhalinin səslərini almaq məqsədi güdmür. Buna seçki rüşvəti demək məncə, düzgün deyil. Ona görə ki, Azərbaycan hökumətinin xalqın səsinə ehtyacı yoxdur. Hakimiyyət onsuz da seçkinin nəticələrini istədiyi kimi yazıb ortaya qoyur. Praktikada kommunal xidmət borclarının, məsələn qaz borclarının silinməsi olub. Bu kimi addımların altında əlbəttə ki, siyasi səbəb dayanır və daha çox ölkədəki sosial gərginliyi aradan qaldırmaq məqsədi güdür.

Politoloq Ərəstun Oruclu Azad Fikir Universitetində mühazirə deyir. Foto: AFU

İlham Əliyevin seçkiöncəsi sərəncamları seçki rüşvəti hesab oluna bilərmi?

Əgər Azərbaycanda normal seçki mühiti olsaydı İlham Əliyevin növbədənkənar prezident seçkiləri ərəfəsində imzaladığı sərəncamlar, maaş artımları, rayonlara ayrılan milyonlar və s. seçki rüşvəti hesab oluna bilərdi. Geniş miqyasda baxanda isə həmin sərəncamlarda əsas məqsəd mənimsəmələr və sosial gərginliyi azaltmaqdır.

İlham Əliyevin seçkiöncəsi imzaladığı sərəncamlar.

2018-ci ilin fevral ayında ölkədə aprelin 11-i növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə sərəncam imzalanıb. Bundan sonra təkcə 1 ay yarım vaxt ərzində prezident müxtəlif layihələrə, rayon icra hakimiyyətlərinə, nazirlik və dövlət komitələrinə ümumilikdə 699 milyon 826 min 900 manat pul ayrılıb. 5 fevral 14 mart tarixləri arasında imzalanan 135 sərəncama pensiya, maaş, müavinət və təqaüdlərin 10% artırılması barədə sərəncamlar da daxildir. Prezident həmin ərəfədə həmçinin “Gənc istedadlar”, “Əməkdar artist” və “Xalq artisti” təqaüdlərini də artırıb.

Mikroskop Medianın elə o günlərdə yayımladığı böyük infoqrafikanı bu linkdən oxuya bilərsiz.

Yeri gəlmişkən Prezidentin köməkçisi Əli Həsənov yazısında kredit borcları ilə bağlı mövzuya bunu da əlavə edib:

Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia