Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İnsan vətəndaşlıqdan çıxarılırsa, nə baş verir? İzah edirik!

14 Mart 2019
A A
İnsan vətəndaşlıqdan çıxarılırsa, nə baş verir? İzah edirik!

İllustrasiya: freepik

 Nazirlər Kabinetinin hesabatına görə, 2018-ci ildə dini ekstremist fəaliyyətlə məşğul olmaqda təqsirləndirilən 188 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb. 2016-cı ilə qədər Azərbaycanda hər hansı bir şəxsin vətəndaşlıqdan çıxarılmasına icazə verilmirdi. Referendumla Konstitusiyaya edilən dəyişikliyə əsasən qanunla müəyyən edilmiş hallarda şəxs Azərbaycan vətəndaşlığını itirə bilər.

Şəxs hansı halda vətəndaşlıq hüququnu itirir? Beynəlxalq hüquq insanın vətəndaşlığı olmayan vəziyyətdə qalmasını nə qədər qanuni sayır?

Hüquqşünas Səməd Rəhimli və Ruslan Əliyevdən xahiş etdik ki, Mikroskop-un suallarına aydınlıq gətirsinlər.

İllustrasiya: freepik

1

Şəxs vətəndaşlıqdan hansı halda çıxır?

Azərbaycan vətəndaşlığına xitam verilməsi şəxsin öz müraciət əsasında da baş tuta bilir. Bu halda vətəndaş prezidentə müraciət edir, onun dövlət qarşısında vergi, hərbi xidmət, mülki öhdəliyi, cinayət məsuliyyətinin olub-olmadığı yoxlanır.  Əmin olandan sonra ki, həmin şəxs Azərbaycan vətəndaşlığından çıxanda başqa ölkədə vətəndaş ola biləcək, onda prezidentin imzaladığı müvafiq aktla vətəndaşlıqdan çıxarılır.

Azərbaycan Vətəndaşsızlıq Hallarının ixtisarı haqqında konvensiyaya qoşulub. O konvensiyada Azərbaycanın öhdəliklərindən biri budur ki, vətəndaşsızlıq hallarını azaltsın. Yəni öz hüquqi siyasətində yol verməsin ki, ölkə daxilindəki adamlar vətəndaşsızlıq vəziyyətinə düşsün.

Vətəndaşlığın itirməsi halı isə o zaman baş tutur ki, hər hansı vətəndaş dövlət təhlükəsizliyinə ciddi zərər vurmaqda təqsirli bilinir. Yəni, hər hansı vətəndaş dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd edir, yaxud dini-ekstremist fəaliyyətlə məşğul olursa, xaricdəki dini qruplaşmalarda fəaliyyət göstərirsə, bu hallarda məhkəmə vasitəsilə həmin şəxsin vətəndaşlığı ləğv edilir.

2

Vətəndaşlıqdan çıxarılma necə baş tutur?

Söhbət ondan gedir ki, heç bir insan dini-ekstremist ya da hər hansı bir əsasla vətəndaşlıqdan məhrum edilə bilməz. Akademik mənbələrdə də bunun mümkünlüyü barədə yekdillik yoxdur. Dini ekstremist baxış hər kəsin özünü ifadə azadlığıdır və həqiqətən də elə insanlar var ki, onlar sekulyar, demokratik quruluşlu dövlət istəmirlər. Kimin nə dərəcdə haqlı olmağından asılı olmayaraq hüququn predmeti insandır və hazırkı yaşayışdır.

Bu gün Avropada sağçılıq meyllərinin artması orda da bu müzakirəni yaradıb. Bəziləri düşünür ki, hüquq dövlətin alətidir və həmin insanlar vətəndaşlıqdan çıxarılmalıdır. Demokratiya çoxluğun səsidir və dövlət də xalqın rəyinə fikir verməlidir və s. Amma hüququn daha saf, ali, xalis çəkili tərəfi və xüsusən də beynəlxalq hüquqları daha yaxşı bilənlər deyir ki, insanı vətənsizləşdirmək çox ağır prosesdir.

3

Şəxs vətəndaşlığını itirəndən sonra nə baş verir?

Vətəndaşlığını itirən şəxsin “vətəndaşlığı olmayan şəxs” statusu olmalıdır. Bir çox Avropa ölkələrində bu təcrübə var, Azərbaycanda isə bunla bağlı ciddi problemlər var, ortada buna dair lazımi qanunvericilik yoxdur. Hazırda Azərbaycanda bir çox şəxs var ki, onlar faktiki olaraq vətəndaşlığı olmayan şəxsdir, amma rəsmi olaraq bu statusla təmin edilməyiblər deyə, loru dildə desək, ortada qalıblar.
Hansısa dövlətin ərazisində vətəndaşlığı olmayan şəxs varsa, dövlət ona bunu təsdiqləyən vəsiqə verməlidir. Bu məsələ ilə bağlı köhnə qanunvericilik ləğv olunub, yenisi isə hələ də qəbul olunmayıb.
Bu problemin davamı odur ki, vətəndaşlığı olmayan şəxs ölkədən də çıxa bilmir. Bəzi ölkələrdə isə bu təcrübə var ki, bu statusda olan adamlar sənədlə təmin olunur və ölkəni tərk etmək perspektivi olur.

4

Vətəndaşlıqdan çıxarılan şəxs harada yaşamalıdır?

Vətəndaşlığını itirən insan ya başqa dövlətin vətəndaşlığını qəbul etməlidir, ya da ki, beynəlxalq ictimaiyyətin – BMT-nin nəzarətinə keçməlidir. Bu da əlavə qayğıdır, artıq yükdür. İnsanı vətəndaşlıqdan çıxaranda nə baş verir? Özünə yük hesab etdiyini başqasının üzərinə atırsan. O, ya başqa ölkənin vətəndaşı olur, ya da BMT-nin himayəsinə keçir. Başqa dövlət də o məsuliyyəti öz boynuna götürmək istəmir və hesab edir ki, bu, başqasının yükünü öz üzərinə götürməkdir.
Bunun nəticəsi nə olur? Həmin insanın fikri dəyişirmi, ya da ekstremizm azalırmı? Azərbaycanda da dini ekstremist olduğuna görə insanın vətəndaşlıqdan çıxarılması başdan qeyri-hüquqidir. Qanunun buna icazə verməyinə baxmayaraq, bu praktikanın özü xəstə praktikadır.

5

Sistem niyə onları özündən uzaqlaşdırmaq istəyir?

Kimin nə dərəcədə haqlı olmağından asılı olmayaraq hüququn predmeti insandır və hazırkı yaşayışdır. Təsəvvür edin ki, insan illərdir mübarizə apararaq artıq 3-cü nəsil hüquqları yaradıb, hətta artıq 4-cü nəslə gedir. Və bəzi qaydalar qoyulub ki, məsələn filan qanunları dəyişmək olmaz. Bunun da səbəbi geriyə qayıtmamaq istəyidir, çünki geriyə qayıdanda insanın qarşılaşdığı din olur. Dinin 1000 ildən çox vaxtı olub ki, ona inananlar normal dövlət qursunlar, indi də bu imkanları var ki, hansısa tənha adada öz arzuladıqları dövləti yaratsınlar və texnologiya da imkan verir ki, digər insanlar oradakı vəziyyətdən xəbər tutsun. Amma adamlar bunu uzun illər vaxt sərf olunub yaradılan maddi və mənəvi dəyərlərin üzərində qurmaq istəyir. Bu zaman sual yaranır ki, bunu sistem özündən kənarlaşdıra bilərmi?
Azərbaycanda da vətəndaşlıqdan çıxarılanların əksəriyyəti böyük ehtimalla Suriyada vuruşanlardır. Onların da ölkədən çıxmasına xüsusi xidmət orqanları şərait yaradıb. Bu insanlar Azərbaycandan Türkiyəyə oradan da Suriyaya gedibkər. Buna necə şərait yaradılıb? Onlar istifadə olunub, ya da istifadə olunmaqlarına şərait yaradılıb. Artıq həmin adamlar problemə çevrilib və dövlət də ondan canını qutarmaq istəyir.

6

Vətəndaşlıq hüququ necə yaranır?

Kiminsə vətəndaşlıqdan çıxarılmağı haqqında danışanda bunu da nəzərə almaq lazımdır ki, vətəndaşlıq hüququ havadan-sudan yaranmır; ya qan hüququ ilə yaranır, ya da ərazi hüququ ilə. Vətəndaşlıq təkcə bir insanın öz haqqı deyil, həm də dədələrinin, babalarının haqqıdır. Həmin insan özü fərd olaraq faydalı olmaya bilər. Vətəndaşlığın sonrası da var, yəni həmin insanın uşaqlarını dini ekstremist yanaşmadan uzaqlaşdırmaq, daha liberal tərbiyə etmək dövlətin təhsil sisteminin işidir. Vətəndaşlıqdan çıxarmaqla bu insanın həm keçmişi, həm də gələcəyi məhv olur.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia