Şənbə, 2 Yanvar 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Kəşfləri kişi həmkarları tərəfindən oğurlanan elm qadınları

20 Mart 2019
4 min read
Kəşfləri kişi həmkarları tərəfindən oğurlanan elm qadınları

İllustrasiya: mikroskop media

Tarixə iz qoymuş kəşflərin çoxunun kişilərə məxsus olduğu, qadınların isə elm sahəsində mühim işlərə imza atmadıqları ilə bağlı fikirləri tez-tez səslənir. Halbuki, tarix bir çox elm qadınının kəşfini öz adına çıxan kişi alimlərlə doludur. Hətta bu o qədər geniş yayılmış bir hadisədir ki, məhz bu mənanı verən xüsusi termin də var – Matilda effekti. Elm tarixçisi Marqaret Rossiter bu sözü ilk dəfə 1993-cü ildə terminalogiyaya daxil edib.

Bəs Matilda effektinə məruz qalan elm qadınları kimlərdir?
Mikroskop dünya tarixini dəyişəcək gücdə kəşflərə imza atan qadınları təqdim edir:

Sesiliya Peyn – astronom, astrofizik.

Ulduzların hidrogen və heliumdan meydana gəldiyini kəşf edib. Bu kəşfini həmkarı Henri Rassel ilə bölüşən Sesiliya xəyal qırıqlığı yaşayır. Çünki H.Rassel onun əldə etdiyi nəticənin düzgün ola bilməyəcəyini, bunun elmi biliklərlə üst-üstə düşmədiyini deyir. Buna görə də Sesiliyanın məqaləsini çap etdirmir. 4 illik araşdırmalardan sonra Sesiliya ilə eyni nəticəyə gələn H.Rassel öz məqaləsində Sesiliyanın adını belə çəkmir. Ən maraqlısı odur ki, illər sonra Sesiliyaya H.Rassel mükafatı verilir.

Liza Meytner – nüvə üzrə fizikaçı

Nasistlərin dövründə Almaniyanı tərk etmək məcburiyyətində qalan Liza Meytner həmkarı Otto ilə məktublaşırdı. Otto laboratoriyada uran atomları ilə neytronları toqquşdururdu. Əldə etdiyi nəticədən baş aça bilməyən Otto L.Meytnerdən kömək istəyir. L.Meytner toqquşma nəticəsində üzə çıxan enerjini hesablayır, üstəlik nüvə füzyonunu, yəni atom nüvəsini parçalayan mexanizmi kəşf edir.
Bu kəşf atom bombasının hazırlanması yolunda bünövrə olur. Ancaq L.Meytner kəşfinin silah istehsalı üçün istifadə edilməsi ilə razılaşmır və layihədən çəkilir. Otto isə işə davam edir və illər sonra Nobel mükafatı alır. Mükafatı alarkən L.Meytnerin adını çəkmir. Uzun illərdən sonra L.Meytnerin elmə verdiyi töhvələrin qiyməti başa düşülür. Onun xatirəsini yaşatmaq üçün Mendeleyevin elementlərin dövri sistemində 109-cu elementə Meytnerium adı verilir.

Vera Rubin – astronom

Vera Rubin qalaktikadan kənardakı ulduzlarla mərkəzdəki ulduzların sürətinin eyni olduğunu deyir. Kişi həmkarları isə onunla razılaşmır. 1970-ci illərdə V.Rubin daha böyük bir kəşfə imza atır – qaranlıq maddəni tapır. Hansı ki, müasir elm kainatın 25 faizini qaranlıq maddənin təşkil etdiyini deyir. Bir sözlə, qaranlıq maddə bəşər övladının içində yaşadığı kainatı dərk etməsi üçün ən vacib kəşflərdən biri idi. Bu kəşfi edən alimin Nobel almamaq ehtimalı yox idi. Ancaq V.Rubinə yenə kişi həmkarları mane olur.

2006-cı ildə müasir teleskoplar sayəsində 150 milyon il öncə baş verən iki qalaktika qrupunun toqquşması müşahidə edilir. Əldə olunan nəticələr qaranlıq maddənin həqiqətən var olduğunu sübut edir.

Çyansuyun Vu – nəzəri fizikaçı

O, “Manhattan layihəsi” adı ilə tanınan atom bombası layihəsində işləyib. Alim elementar hissəciklərin zəif qarşılıqlı təsirində bərabərliyin mühafizəsi qanununun etibarsız olduğunu sübut edib. Ç.Vu elm dünyasının 30 ildir həqiqət kimi qəbul etdiyi qanunun yanlış olduğunu göstərib. Birlikdə işlədiyi 2 kişi həmkarı bu kəşfi öz adına çıxaraq Nobel alıb.

Rozalind Franklin – biofizik

Doktoranturanı bitirdikdən sonra universitetlərdən birində işləməyə başlayan Rozalind Franklin burada Uilkins ilə qarşılaşır. R.Franklin sərbəst formada öz layihəsi üstündə işləsə də, ona asistenti kimi davranan Uilkins onun araşdırmalarına göz gəzdirməkdən də geri qalmır. Bir gün R.Franklindən icazə almadan onun hazırda “Şəkil 51” kimi məşhur olan DNT görüntülərini Uatson və Krik adlı 2 akademiklə bölüşür. Onlar həmin şəkildən əldə etdikləri məlumatlarla bağlı birlikdə məqalələr yayımlayırlar. DNT ilə bağlı bir sıra mühüm məlumatların tapılmasına kömək edən həmin görüntünü R.Franklinin əldə etdiyini isə açıqlamırlar. Hər 3 akademik Nobel alıb.

Ester Lederberq – mikrobioloq

Ester birinci həyat yoldaşı Coşua Lederberq ilə birgə antibiotik müqaviməti ilə bağlı araşdırmalar aparır. Onlar əldə etdikləri nəticələri yayımlayırlar. Ancaq Nobel mükafatı C.Lederberqə verilir. Esterin adı belə hallanmır.

Netti Stivens – genetik

Netti Stivens 1900-cü ildə genetika tarixindəki ən mühim kəşflərdən birini edir. O vaxta kimi uşaqlarda cinsiyyəti nəyin müəyyənləşdirdiyi elm adamları üçün qaranlıq qalırdı. 39 yaşlı Netti elm dünyasına x və y xromosomlarının varlığını sübut etdi. Ancaq mükafat onları eyni ildə kəşf edən Tomas adlı alimə verilir.

  • İndiyə kimi verilən 826 Nobel mükafatından cəmi 43-ü qadınlara çatıb.

Son yazılar

Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

by Mikroskop
25 Dekabr 2020
0
Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

Rusiyanın Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidədi məktəb şagirdləri üçün sülhməramlılıq təlimi keçiblər. Rusiya müdafiə nazirliyinin dekabrın...

Read more

Can Dündar 27 il 6 ay həbs cəzasına məhkum edilib

by Mikroskop
23 Dekabr 2020
0
Can Dündar 15 gün ərzində Türkiyədəki məhkəməyə gəlməsə, “qaçaq” sayılacaq

Türkiyəli jurnalist Can Dündar qiyabi olaraq 27 il 6 ay həbs cəzasına məhkum edilib.  Jurnalist casusluq və silahlı terrorçu təşkilata...

Read more

Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

by Mikroskop
22 Dekabr 2020
0
Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

Türkiyə Xalqların Demokratiya Partiyasının (HDP) Hakkaridən olan keçmiş millət vəkili və Demokratik Cəmiyyət Konqresinin (DTK) həmsədri Leyla Güvən 22 il...

Read more

Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

by Mikroskop
21 Dekabr 2020
0
Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

Avropanın və Yaxın Şərqin bir neçə ölkəsi koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar Böyük Britaniyaya uçuşları qadağan edir....

Read more

İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

by Mikroskop
21 Dekabr 2020
0
İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

Dekabrın 21-də 2021-ci il dövlət və icmal büdcənin layihələri Milli Məclisə təqdim olunub. Layihədə növbəti il təhsil, səhiyyə və sosial...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia