Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanı Aprel döyüşlərinin qalibi hesab etmək olarmı? İtkilər və əldə olunanlar

02 Aprel 2019
A A
Azərbaycanı Aprel döyüşlərinin qalibi hesab etmək olarmı? İtkilər və əldə olunanlar

İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində. Foto: president.az

Aprel döyüşlərindən (və ya Dördgünlük müharibə) 3 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistanın hərbi birləşmələri arasında başlayan bu döyüşlər 12 may 1994-cü ildə razılaşdırıla atəşkəsdən sonra baş verən ən böyük hərbi qarşıdurma idi.

Bəs Aprel döyüşlərinə səbəb nə idi, Azərbaycanı bu döyüşlərin qalibi hesab etmək olarmı?

Dördgünlük müharibənin detallarını təqdim edirik:

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində əsgərlər təlim məşq toplantısında. Foto: president.az

1

Aprel döyüşlərinin xronikası

Döyüşlər Ermənistanın Kəlbəcəri işğalının 23-cü ildönümü günü başlayıb. 2-5 aprel tarixlərində erməni hərbçilər qoşunların təmas xəttində atəşkəsi pozub və bu zaman dinc əhaliyə ziyan dəyib. Qarşıdurma əsasən 257 km uzunluğu olan təmas xəttində davam edib.

Müdafiə Nazirliyinin (MN) yaydığı məlumata görə, Ermənistan atəşkəsi 127 dəfə pozub və Qazax rayonunun Qızılhacılı kəndini, Tovuzun Ağbulaq kəndini və Gədəbəy ərazisindəki yüksəklikləri atəşə tutub.

Aprelin 3-də Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.

Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarmaq üçün Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

Aprelin 5-də Azərbaycan strateji baxımdan əhəmiyyətli olan Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahına və erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Həmin gün Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 tankı sıradan çıxarılıb.

2

Beynəlxalq reaksiya

Aprel döyüşləri zamanı Avropa İttifaqı və BMT münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istədiklərini dilə gətiriblər. Türkiyə, Pakistan, Gürcüstan, İran, Ukrayna, Belarus rəsmiləri Azərbaycan tərəfini dəstəklədiklərini bəyan edən açıqlamalar veriblər.

3

Döyüşlər necə nəticələnib?

Aprelin 5-i, saat 12.00-dan etibarən hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Ancaq bir neçə dəqiqə sonra yenidən təmas xəttində atəşkəs dəfələrlə pozulub

Saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək Naxçıvanın Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelər atəşə məruz qalıb.

Aprelin 7-də cəbhə bölgəsində Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edən “X-55” tipli pilotsuz uçuş aparatı endirilib. Eyni gün Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.

4

Dördgünlük müharibəyə səbəb nə idi?

Aprel döyüşlərinin niyə başlamağı ilə bağlı müxtəlif fikirlər var. Bəzi siyasi şərhçilər hesab edir ki, döyüşlərin əsas təşəbbüskarı Rusiya idi. Döyüşlərdən sonra Ermənistanın paytaxtı Yerevanda və Amerikanın Los-Anceles şəhərində ermənilər Rusiya əleyhinə aksiyalar keçirildi və “İşğalçı Rusiya Ermənistanı tərk et!”, “Rusiya imperiyadır!” şüarları səsləndirdi. Bundan sonra Rusiyanın bu ölkənin ordusuna 100 milyon dollarlıq kredit verməyi şübhələri daha da artırdı. Rusiya Ermənistanda “İskander” zenit-raket kompleksi də yerləşdirdi.

Türkiyə KİV-inin məlumatına əsasən, 400 nəfər PKK-çı Aprel döyüşlərində Ermənistan tərəfində vuruşub. Politoloqların fikrincə, bu, Rusiya ilə yanaşı digər xarici qüvvələrin də iki ölkə arasında gərginliyin artmasında maraqlı olduğunu göstərir. Azərbaycanlı və erməni politoloqlar bu müharibədə Rusiyanı günahkar gördüyü halda, rusiyalı siyasi ekspertlər ABŞ-ın bu işdə rolu olduğunu deyir. Rusiyanın siyasi azadlıq mərkəzinin nümayəndələri və hərbi məsələlər üzrə mütəxəssis Boris Dejerlievskinin yayımladığı məqalədə Azərbaycanda minə yaxın amerikalı casusun olduğu və 2016-cı ilin aprelində yaşanan hərbi qarşıdurmanın alovlanmasının da bu casusluq şəbəkəsinin məhsulu olduğu yazılıb.

Cocuq Mərcanlı kəndində yenidən qurma işləri aparılır. Foto: aayda.gov.az

5

Azərbaycan nə əldə etdi?

Azərbaycan aprel döyüşləri zamanı Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayılın Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi, Tərtərin Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yolları azad edib.

Rəsmi qurumların yaydığı məlumata görə, ümumilikdə 2,000 hektarlıq ərazi azad olunub. Prezident İlham Əliyev də iyulun 10-da Nazirlər Kabinetinin iclasında bu rəqəmi təsdiqləyib. Ermənistan tərəfi isə bu ərazinin sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını deyib.

İlham Əliyev hesab edir ki, aprel döyüşlərinin hərbi dərsliklərə salınmalıdır. Dördügünlük müharibənin ildönümü ilə bağlı bir qrup hərbçi ilə görüşündə o, bu fikirləri səsləndirib:

Aprel döyüşləri zamanı Azərbaycan öz hərbi potensilanın çox cuzi hissəsini nümayiş etdirdi, əks təqdirdə daş-daş üstə qalmazdı.

6

Azərbaycan və erməni tərəfinin itkiləri

ABŞ Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla ümumilikdə 350 nəfər həyatını itirib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə itkilər:

  • 88 hərbi qulluqçusu həlak olub

  • 32 yaşayış məntəqəsi bombalanıb

  • 2 uşaq olmaqla 6 mülki şəxs ölüb

  • 26 nəfər ağır yaralanıb.

Hücumlar zamanı həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, mülki infrastrukturlara ciddi ziyan dəyib. Nəticədə:

  • 232 fərdi yaşayış evi

  • 99 elektrik dirəyi

  • 3 elektrik yarımstansiyası

  • kilometrlərlə su və qaz boruları dağıdılıb.

Ermənistan məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə raket zərbələri endirib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin may aynın 2-sində açıqladığı rəqəmlərə görə, Ermənistanın hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərdəki məcburi köçkünlərdən

  • 16 nəfər həlak olub

  • 40 nəfər yaralanıb

  • Məcburi köçkünlərin 228 mənzilinə ziyan dəyib

  • 43 ev tamamilə dağıdılıb

  • 235-ə yaxın mal-qara tələf olub.

2016-cı ilin 13 mayında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının açıqladığı rəqəmlərə görə, ermənilərin

  • 30-dək tankı məhv edilib

  • 320 döyüşçüsü öldürülüb

  • 500-dən artıq döyüşçüsü yaralanıb.

Ermənistan və Rusiya KİV-ində yayımlanan məlumatlarda isə Ermənistanın döyüşdə öldürülən 100 hərbçisini dəfn etdiyi bildirilib.

Döyüşlərdən sonra, 2016-cı il aprelin 19-da İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşdə şücaət göstərən hərbçilər ali rütbə və medallarla mükafatlandırılıb. Ermənistan tərəfində isə orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi, həmçinin Müdafiə naziri Seyran Ohanyan vəzifəsindən azad edilib.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia