Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dəyərlərimiz bizə öyrədir ki, etirazımızı durğunluğa qurban verək

08 Aprel 2019
A A
Dəyərlərimiz bizə öyrədir ki, etirazımızı durğunluğa qurban verək

Fidan Nazar. İllustrasiya: mikroskop media

Fidan Nazar yazır

Yaşlılara qarşı sorğu-sualsız, dərin hörmət və sevgini, gənclərə, yeniyetmələrə və uşaqlara qarşı isə səbəbsiz nifrəti qətiyyən başa düşə bilmirəm. İnsanların bir-birini “yeniyetmə”, “uşaq” deyib təhqir etməyə, alçaltmağa çalışması, “ağsaqqal”, “ağbirçək” deyəndə də “müdrikliyi” vurğulaması açıq-aşkar yaş diskriminasiyasıdır.

Moral machine test. Foto: screenshot

Şəkildə gördüyünüz bu test “əxlaq maşını” (Moral machine) adlanır.

Testin ümumi məğzi belədir ki, siz sürücüsüz, ya da sürücüsü olmayan maşını idarə edirsiz , düz yoldasız, heç bir qanun pozuntunuz yoxdur. Birdən qarşınıza gözləmədiyiniz halda 2 tərəfli təhlükə çıxır. Siz isə bu, ikisinin də nəticəsi ölüm olan variantlardan birini seçməlisiz. Yolun sağ tərəfində yaşlılardır, sol tərəfində gənclər, dayanmaq şansınız da yoxdur, mütləq birinin üstündən keçəcəksiz. Hansı variantı seçərsiz?

Bu suala cavabında avropalıların və amerikalıların əksəriyyəti gəncləri xilas etməyi seçdiyi halda, asiyalıların böyük əksəriyyəti yaşlıları seçib, gəncləri öldürməyi rəva bilib.

Əslində, bu testin təqdim edildiyi səbəb mənim vurğulamaq istədiyim məqamla tam olaraq üst-üstə düşmür və bu, o suallardan sadəcə biridir, amma bu coğrafiyada yaşayan insanların hansı sosial psixologiyaya malik olduğunu aydın göstərir. Buna bir növ, “nəyin uğrunda nəyi qurban verməyimizin statistikası” da demək olar.

Gənclik və uşaqlıq – yenilikdir, gələcəkdir, ümiddir , arzudur, həyəcandır, yaratmaqdır, həvəsdir, sevgidir, maraqdır, etirazdır, dərin emosiyalardır . Yaşlılıq isə – nisbətən durğunluqdur, keçmişdir , həyəcan yox, daha çox stressdir, etiraz deyil, daha çox şikayət etməkdir, son verməkdir, nifrət etməyi bilməkdir.

Bizim dəyərlərimiz bizə öyrədir ki, yeniliyi, gələcəyi, hisslərimizi , etirazımızı durğunluğa, şikayətlənməyə, hiss etməməyə qurban verək. Kifayət qədər çox atalar sözü də misal gətirmək olar ki, gəncləri yaşlılarla bir tərəzidə çəkib, yaşı çox olanı “hörmətə mindirir”. Ən məşhuru: “Sus kiçiyin, söz böyüyün”, ya da “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” .

Çox kompleksli bir toplum olmağımız özünü burada da göstərir. Tez-tez insanlardan bunları eşidirik: “Mən həmişə özümdən böyüklərlə dostluq etmişəm”, “Uşaq-muşaqla oturub durma”, “Harada qaldı e köhnələr”, “Mən heç vaxt yeniyetmə olmamışam” və s.

Həmin insanlar dərk etmir ki, özündən böyüklə dostluq etmək bir şəxsi “daha müdrik və ağıllı” etmir. Bundan başqa, Azərbaycanda yaşayan, gənc olmayan nəslin 95%-nin köhnə adət-ənənələrə bağlı olduğunu da nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, böyük yaş fərqi olan biri ilə dostluq edənlərin əksəriyyəti müasir dünyada baş verən yeniliklərə uyğunlaşa bilməyən, fərqlilikləri qəbul etməyən, yəni cahil, gənc kütlədir. İqtidar və müxalifət daxilində də oxşar mənzərəni müşahidə etmək mümkündür.

“Köhnələri” tez-tez yad eləmək depressiya əlaməti, gələcəyə ümidsiz baxmaqla əlaqəlidir, “heç vaxt uşaq/yeniyetmə dövrü yaşamamaq” da bunu iddia edən adamların əslində nə qədər travmalı uşaqlıq və gənclik illəri yaşadığından xəbər verir.

Bu gün Azərbaycanda nəsillərarası fərq özünü kəskin şəkildə biruzə verir.

Nəticədə hazırkı cəmiyyətdə 3 kateqoriya formalaşıb:

Yaşlı, sevgisiz, duyğusuz, empatiya hissindən məhrum, öz mənfəəti, eqosuna görə milli dəyərlərə “bağlı” olan, hər fürsətdə “Sovet vaxtı belə deyildi” deyən nəsil;

Birinci kateqoriyanın toruna düşən, amma, texnologiyanın inkişafı sayəsində cüzi də olsa fərqlənən gənc nəsil;

Bir də, proqressiv, azad, intellektual, aktiv gənc nəsil.

Təəssüf ki, sonuncu kateqoriyadakı kütlə az qala bir ovucdur və ən pisi də odur ki, həmin bir ovucu məhv eləmək istəyənlər cəmiyyətin çox böyük hissəsini təşkil edir.

Azad gənclik və uşaqlıq bu gün hər şeyi ilə cəmiyyətin qarşısına tam qorxusuz çıxa biləcək potensialdadır. Cəmiyyət və dövlət də iki böyük fobiyasını, yəni, “güclü gəncliyi” və “azadlığı” bir yerdə görməmək üçün əlindən gələni edir – onları sıxışdırır, emosiyalarına, etirazlarına, cinsiyyətlərinə, orientasiyalarına, dəblərinə, stillərinə, milli-siyasi-hərbi stereotipləri yıxma cəhdlərinə qarşı çıxır, onları söyür, video-şəkil üzərindən ifşa edir, döyür, universitetlərdə üstlərinə siqaret atır, onları intihara sövq edir, ölkədən küsmələrinə, doğmalarına üz döndərmələrinə səbəb olur. Bu dəqiqə ölkədə 5 -30 yaş aralığındakı kütlə əzab çəkir, depressiyadadır, özünə inamlı deyil, travmalıdır. O dərəcədə travmalı və özünə inamsızdır ki, bir testin cavabında da özünü öldürməyi və ondan daha yararsız ola bilənin uğrunda qurban getməyi seçir.

Bu cəmiyyət və dövlət, ailəsi, müəllimi, polisi, həkimi, psixoloqu, vəkili, sosioloqu, siyasətçisi, mediası ilə birlikdə əl-ələ verib, uşaqları, yeniyetmələri məhv etməyə çalışır.

Sonda istədim Aristotelin dövründən misal gətirim, amma vicdanım buna yol vermir.

Testdə yaşlılar əvəzinə, gənclərin ölümünü seçən təbəqə heç də qocalar deyil. Çox qorxulu mənzərədir, yox?

21-ci əsrdə bir ucunda 15-16 yaşlı insanların Nobel mükafatı aldığı və kütləvi şəkildə dəstəkləndiyi, digər ucunda isə bu insanların həmyaşıdlarının ölüm təhlükəsi ilə üz-üzə qaldığı dünyada keçmişdən misal gətirmək üçün kifayət qədər gecikmişik, kifayət qədər təhlükəli şəraitin içindəyik. Bundan sonra da ancaq ” misal gətirməklə” yox, “həyəcan təbilini” işə salmaqla vəziyyətdən xilas ola bilərik.

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
Detallı

COP29-a ev sahibliyi edən neft ölkəsində iqlim və işçi hüquqları necə pozulur? 

06 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia