Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Jurnalistikanın 3 muşketyoru: Haker, əsgər və CIA-nın keçmiş əməkdaşı

17 Aprel 2019
A A
Jurnalistikanın 3 muşketyoru: Haker, əsgər və CIA-nın keçmiş əməkdaşı

Culian Assanc, Çelsi Menninq və Edvard Snouden. Foto: Frank Augstein / AP, Patrick Semansky / AP, Sputnik.

“Deməyə nə isə var?” adlı əsəri. Foto: lexpress.fr

2015-ci ildə Berlinin “Alexanderplatz” meydanında Culian Assanc, Çelsi Menninq və Edvard Snoudenin bürünc heykəlləri qoyulub. “Deməyə nə isə var?” adlı əsəri italyalı heykəltəraş Devid Dormino yaradıb. Heykəllərin ideyası C.Assanc, Ç. Menninq və E. Snoudenin fəaliyyəti ilə bağlıdır. Stulların üstündə ayaq üstdə dayanan bu üç nəfərin yanındakı yer boşdur və istənilən şəxs o boşluğu doldura bilər.

D.Dormino heykəli yaratmaqda məqsədini belə açıqlayır: “Həqiqəti üzə çıxarmaq uğrunda azadlığını təhlükəyə atan, dövrümüzün 3 qəhrəmanını əbədiləşdirmək”.
Berlin və Drezden şəhərlərindən sonra BMT-nin Cenevrədəki ofisi önündə də nümayiş olunan heykəldəki 3 nəfər kimdir? Niyə onlar dövrümüzün qəhrəmanı hesab olunur? Və indi haradadırlar? Getdik!

Şübhəsizdir ki, O, hər sistemi “hack”ləyən və sənədləri yayandır!

Avstraliya vətəndaşı Culian Assanc komputer mütəxəssisi, aktivist və “Wikileaks” saytının baş redaktorudur. Londonda həbs edilib ABŞ-a ekstradisiya təhlükəsi ilə üz-üzə qalan Assanc hakerlik fəaliyyətinə 1987-ci ildə “Mendax” istifadəçi adı ilə başlayıb. Daha sonra Trax və Prime Suspect ilə birləşərək “International Subversives” adlı haker qrupunu yaradıb.

Culian Assanc. Foto: Frank Augstein / AP

Qrupun əməliyyat sisteminə daxil olduğu qurumlar:

  • Pentaqon

  • MILNET

  • ABŞ Dəniz Qüvvələri

  • NASA

  • Overseas Telecommunications Commission

  • Citibank

  • Lockheed Martin

  • Motorola

  • Panasonic

1994-cü ildən proqram yazmağa başlayan Assancın 1996-cı ildə yaratdığı “Best of Security” saytı kompüterlərdə təhlükəsizliyi təmin etmək üçün tövsiyələr verirdi. Özü texnologiya aləmində yaşayan Assanc interneti böyük təhlükə kimi görür və 2012-ci ildə nəşr olunan “Cypherpunks” kitabında deyir:

Bizim xilas üçün ən böyük vasitəmiz olan internet, totalitarizmin indiyə qədər gördüyümüz ən təhlükəli vasitəsinə çevrilib.

Assanc “Wikileaks”lə dünyanı iki yerə bölüb; bəziləri onu vətən xaini, bəziləri də qəhrəman hesab edir. 2006-cı ildə yaradılan saytda Assanc 9 nəfərlik İdarə Heyətinin üzvü və qurumun mətbuat katibi olub. Sayta yerləşdiriləcək sənədlərlə bağlı yekun qərarı Assanc verib və digər əməkdaşlar kimi o da könüllü fəaliyyət göstərib.

“WikiLeaks”in indiyə kimi yaydığı sənədlər:

  • Kubadakı ABŞ bazası Quantanamoda əsirlərə verilən işgəncələr

  • Kenyadakı hökmsüz edamlar

  • Əfqanıstan-İraq müharibəsində sadə vətəndaşların ölümləri və s.

2010-cı ildə “WikiLeaks” ABŞ ordusuna məxsus 92 min gizli sənədi yayandan sonra Assanc seksual zorakılıqda ittiham olunur. İsveçin bu ittihamına görə o, əvvəlcə Londonda saxlanılır, məhkəmə qərarı ilə isə sərbəst buraxılır. Assanc hesab edirdi ki, bu ittihamın səbəbi siyasidir və narahat idi ki, o, həbs olunub ABŞ-a ekstradisiya edilə bilər. Buna görə də 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınır və ona siyasi mühacir statusu verilir.

ABŞ-da 2016-cı ildəki prezident seçkiləri ərəfəsində “WikiLeaks” Demokratlar Partiyasına məxsus 20 min elektron poçtu yayımlayır. Bu addımına görə sayt seçkilərə müdaxilədə ittiham olunur.

2017-ci ildə İsveç 7 il davam edən seksual zorakılıqla bağlı istintaqın dayandırıldığını açıqlayır.

Ekvador hökuməti 2018-ci ilin mart ayında Assancın sosial şəbəkələrdə yazdıqları ilə beynəlxalq əlaqələri korladığı üçün onun internetdən istifadəsinə qadağa qoyulduğunu açıqlayır.

| Assancın həbsi

https://www.youtube.com/watch?v=8oqJiNzJQ_E

Ekvador hökuməti dəyişdikdən sonra yeni rəhbərlər Assancın səfirlikdə siyasi mühacir kimi yaşaması barədə qərarı ləğv edir. Aprelin 11-də Culian Assanc təxminən 7 ildir yaşadığı Ekvador səfirliyində London polisi tərəfindən həbs edilir. Həbsə səbəb kimi ABŞ-ın ekstradisiya tələbi və Assancın kəfalətlə azadlığa buraxılma tələblərini pozduğu əsas gətilir.

Ekvador lideri Lenin Moreno Assancın Böyük Britaniya polisinə təslim edilməsinin səbəbləri haqda danışarkən onun protokolları pozduğunu açıqlayıb:

6 il 10 ay müddətində Assancın bütün ehtiyaclarını qarşıladıq, onu qoruduq. Bir insanın qonağından tələb edəcəyindən daha az tələblər yer alan protokol hazırladıq. Amma o, bütün qaydaları pozdu. Digər ölkələrin daxili işlərinə qarışmağa davam etdi və Ekvadorun səbri tükəndi.

L.Moreno iddia edir ki, Assanc icazə verilmədiyi halda binaya elektriklə işləyən alətlər daxil edib, təhlükəsizlik kameralarını bloklayıb, təhlükəsizlik xidmətinin əməkdaşları ilə kobud rəftar edib və səfirlikdəki bəzi sənədləri əldə etməyə çalışıb.

Ekvador prezidentinin sözlərinə görə, Assanc ABŞ-a təslim edilməyəcək:

Assancın işgəncəyə məruz qalacağı və ya edamla üzləşəcəyi bir ölkəyə göndərilməməsini tələb etmişəm. Böyük Britaniya hökuməti bu tələblə razılşadığını göstərən sənəd izmalayıb.

| Assancın cəsus pişiyi

https://twitter.com/AmemeHack/status/1116288428298125313

Assanc səfirlikdə fenomen pişiyi Ceyms ilə birlikdə yaşayırdı. Ekvadorlu rəsmilər Assancla yanaşı, onun pişiyinin də agent olduğunu bildirirlər. Bu ölkənin Londondakı səfiri Ceymi Marçen pişiyin üzərinə cihaz yerləşdirildiyini düşünür:

Pişik bütün otaqları gəzirdi. Bizi izləmək üçün üzərində cihaz daşıya biləcəyindən şübhələnirdik.

“WikiLeaks”in bu iddialara cavab verən jurnalisti Kristinn Hrafnsson Ekvadorun bu cür absurd iddialarla diqqət yayındırmağa çalışdığını deyib.

Sosial şəbəkə istifadəçiləri isə iki qrupa bölünüb. Bəziləri bu iddiaları səsləndirdiyi üçün Ekvador rəsmilərinin əqli baxımdan problemli olduğunu düşünür. Bəziləri isə CIA-ın cəsusluq üçün pişiklərdən istifadə etdiyini vurğulayır və hesab edir ki, bu iddia doğru ola bilər.

Məşhur pişik Ceyms səfirliyi sahibindən əvvəl tərk edib, o, Assancın vəkilinə təhvil verilib.

| Assanc əslində niyə həbs olundu və bundan sonra nələr olacaq?

Culian Assanc həbsdə də qələbə mesajı verir. Foto: Victoria Jones / AP

Qərb mediası yazır ki, Assancın həbsinin əsl səbəbi “WikiLeaks”in bu ilin yanvarında Vatikanla bağlı yaydığı sənədlərdir. Belə ehtimal edilir ki, bu sənədlərin yayılmağında Assancın da rolu var.

Onun həbsindən dərhal sonra ABŞ-ın Ədliyyə Nazirliyi Assancı ABŞ-ın gizli dövlət kompüterlərinin birindən məlumat əldə etmək cəhdində ittiham edib və məhkəməyə verib.

Assancın ABŞ-a verilib-verilməyəcəyi mayın 2-dəki məhkəmədən sonra bəlli olacaq.

ABŞ ordusuna məxsus 92 min gizli sənədi ələ keçirən əsgər!

26 iyun 2010-cu ildə ABŞ tarixinin ən böyük sənəd sızıntısı baş verir. “WikiLeaks” ABŞ ordusunun 2004-2009-cu illərdə Əfqanıstan müharibəsi barədə gizlətdiyi 92 min sənədi “The Guardian”, “The New York Times” və “Der Spiegel” qəzetləri vasitəsilə yayımlayır.

Çelsi Menninq. Foto: Patrick Semansky / AP

Bu sənədləri ABŞ Silahlı Qüvvələrinin əsgəri Bredli (sonradan Çelsi) Menninqin ötürdüyü ehtimal edilir. B.Menninq 2010-cı ilin mayında İraqda həbs edilir. O, düşmənə kömək etmək də daxil olmaqla 22 cinayətdə ittiham olunur.

Əvvəlcə ona 52 il həbs cəzası veriləcəyi deyilsə də 2013-cü ildə məhkəmə onu 35 il həbs cəzasına məhkum edir. O, həbsxanada cinsiyyətini dəyişir və Çelsi adından istifadə etməyə başlayır. Kanzas şəhərindəki kişilər üçün həbsxanada saxlanılan Ç.Menninq 2 dəfə intihara cəhd, bir dəfə isə aclıq aksiyası edir.

Məhkəmə proseslərindən birində sənədləri yaymaqda məqsədini açıqlayan Ç.Menninq deyir ki, o, Amerikanın hərbi və xarici siyasətinin cəmiyyətdə müzakirə edilməsini istəyib. O, ölkəsindən üzr istəyib və deyib:

Dünyanı yaxşı mənada dəyişə biləcəyim haqqında yanılmışam.

ABŞ prezidenti Barak Obama prezidentliyinin son günlərində, yəni 2017-ci ilin 17 yanvarında Ç.Menninqi bağışlayır və o, həmin ilin may ayında azadlığa çıxır.

İnsanların internet vasitəsilə izlənməsinə etiraz edən keçmiş CIA işçisi

ABŞ-da növbəti dəfə informasiya sızıntısını kompüter mütəxəssisi, Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency, NSA) keçmiş işçisi Edvard Snouden həyata keçirib. O, NSA-nın gizli sənədlərini mediaya (The Guardian ve The Washington Post) ötürür və qlobal təqib alətləri ilə bağlı detallar üzə çıxarır.

Edvard Snoudenin. Foto: Sputnik

5 iyun 2013-cü ildə başlayan sızıntı prosesi nəticəsində dünya NSA və Federal Təhqiqatlar Bürosunun (FBI) telefonları dinləmək və internet istifadəçilərini təqib etmək üçün istifadə etdikləri PRISM (Prizma) adlı proqramından xəbər tutur. Həmçinin, NSA-nın vətəndaşların şəxsi həyatlarına qeyri-leqal yollarla müdaxilə etdiyi aydın olur.

Qəzetlərə siyasi təzyiqlər edilir və buna görə, 2013-cü ilin noyabr ayına kimi “The Guardian” sənədlərin cəmi 1 faizini yayımlaya bilir.

Sənədlərdə göstərilirdi ki, Facebook, Google, Microsoft, Yahoo, PalTalk, AOL, Skype və Apple kimi texnologiya nəhənglərinin istifadəçilərinin şəxsi məlumatları PRISM proqramı vasitəsilə dövlətin əlinə keçir. PRISM İnternet istifadəçilərinin Google-da nə axtarmasından tutmuş e-poçtlarına, transfer edilən dosyelərdən tutmuş söhbətlərə qədər hər şeyi qeydə alır. Bu proqramın istifadəsinə 11 sentyabr 2001-ci il terrorundan sonra o dövrün ABŞ prezidenti Corc Buş icazə verib. Barak Obamanın dövründə isə onun istifadə dairəsi daha da genişləndirilir.
Faktlar üzə çıxandan sonra NSA rəhbəri Kit Aleksander açıqlayıb ki, telefonların dinlənməsi və internetdəki fəaliyyətlərin izlənməsi sayəsində onlarla terror aktının qarşısı alınıb.

E.Snouden isə bütün bu məlumatları sızdırmasının səbəbini belə açıqlayır:

Xalqı onların adından və onlara qarşı nələr edildiyi barədə məlumatlandırmaq istədim. Bu cür hadisələrin baş verdiyi cəmiyyətdə yaşamaq istəmirəm. Elədiyim və dediyim hər şeyin qeydə alındığı bir dünyada da yaşamaq istəmirəm.

E.Snouden ədalətli mühakimə ediləcəyinə inanmadığı üçün ölkəni tərk edir. Siyasi sığınacaq məqsədilə 21 ölkəyə müraciət edən E.Snouden əvvəlcə Latın Amerikasına qaçmağı düşünsə də, Culian Assancın tövsiyəsi ilə Rusiyaya gedir. Rusiyada 1 ay hava limanında qaldıqdan sonra ona 1 illik müvəqqəti siyasi sığınacaq verilir. 2014-cü ilin 1 avqustunda Rusiya bu müddəti 3 il uzadır. Sonuncu dəfə, 2017-ci ildə vəkili ona 2020-ci ilə qədər Rusiyada yaşamaq haqqı verildiyini açıqlayıb. Vəkil bildirib ki, Snouden Rusiya vətəndaşlığı üçün də müraciət edəcək.

E.Snouden ABŞ-a verilsə, o, ən az 30 il müddətinə həbs edilə, hətta haqqında edam qərarı da çıxa bilər. ABŞ prezidenti Donald Tramp E. Snoudeni cəsus adlandırıb və onun öldürülməli olduğunu deyib.

2014-cü ildə E.Snouden haqqında “Citizenfour” adlı sənədli film, 2016-cı ildə isə “Snowden” adlı bioqrafik bədii film yayımlanıb.

P.S. Nyu Yorkdakı “Fort Greene” parkına E.Snoudenin büstü yerləşdirilib, polis dərhal müdaxilə edərək əvvəlcə onun üstünü örtüb, sonra isə büst həmin yerdən götürülüb.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia