Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Son 6 əsrin ən isti yayı yaşanır

27 İyun 2019
A A
Son 6 əsrin ən isti yayı yaşanır

İsti havaya tab gətirə bilməyən parislilər sərinləmək üçün hovuzlarla yanaşı, fəvvarələrə də axın edirlər. Foto: Getty images

Bu il dünyada indiyə qədərki ən isti yay fəsli müşahidə olunur. BBC yazır ki, bu da ən çox Avropa ölkələrinə təsir göstərir.

Bir neçə gün əvvəl Fransa, Almaniya, Polşa və Çexiyada iyun ayı üçün rekord temperatur (39 dərəcəyə yaxın) qeydə alınıb. Bu gündən etibarən temperaturun daha da yüksələcəyi və cümə günü 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır.

Fransada xalqa isti havadan qorunmaq barədə xəbərdarlıq edilib. Ölkədə əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan “narıncı” təhlükə elan edilib.

Fransada rekord istilər (44,1 dərəcə) sonuncu dəfə 2003-cü ilin yayında qeydə alınıb və 15 min insan istidən ölüb. Həmin il Avropada istidən ölənlərin ümumi sayı 70 min nəfərə çatıb.

Hazırda İsveçrə və İspaniya da isti hava dalğasının təsiri altındadır. İspaniyada cümə günü temperaturun 45 dərəcəyə çatması gözlənilir. Hökumət meşə yanğınlarının çoxalmasından ehtiyat edir.

Bildirilir ki, Alp dağlarında belə 30 dərəcə istilik müşahidə olunur.

Meteoroloqlar isti hava dalğasının Şimali Afrikadan gəldiyini deyirlər. Onların fikrincə bu cür təbiət hadisələri təbii olaraq baş verir, amma iqlim dəyişikliyinə görə bu hal əvvəlki əsrlərlə müqayisədə daha tez-tez müşahidə olunacaq.

Statistika göstərir ki, Yer səthinin orta temperaturu sənayeləşmədən sonra 1 dərəcə artıb.

Almaniyada yerləşən iqlim araşdırmaları institutu isə bildirir ki, Avropada 1500-ci ildən bəri ən isti 5 yay məhz 21-ci əsrdə müşahidə olunub.

  • İyunun 24-də paytaxt Bakı daxil olmaqla, Azərbaycanın bəzi şəhərlərində indiyə kimi iyun ayı üçün ən yüksək temperatur olan 37 dərəcə qeydə alınıb.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia