Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Fərman Ceyranlını İnterpola verib

01 Avqust 2019
A A
Azərbaycan Fərman Ceyranlını İnterpola verib

İnterpolun rəsmi saytından screenshot

İnterpolun rəsmi saytından screenshot

“Lanset” klinikasının həmtəsisçisi, Gürcüstanda həbsdə olan cərrah Fərman Ceyranlı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Onun vəkili Gela Nikolaishvili Mikroskop-a deyib ki, cərrahın həbs müddəti avqustun 20-də bitir və bundan sonra o, Azərbaycana təhvil verilə bilər.

Bizdə hələ ki, Azərbaycan tərəfinin Fərman Ceyranlının ekstradisiyasını tələb etməsi barədə rəsmi sənəd yoxdur, amma onun hər iki ölkədə vətəndaşlığı var. Bu gün F.Ceyranlının Ali Məhkəmədə işinə baxılıb və məhkəmənin qərarı hələ açıqlanmayıb. Biz vəsatət qaldırmışıq ki, ona bəraət verilsin, prokurorluq isə tələb edir ki, cərrah barədə dələduzluq ittihamı qüvvədə qalsın.

Vəkilin sözlərinə görə, F.Ceyranlı ilə bağlı yekun qərarın nə olacağı məlum deyil, amma Gürcüstan qanunvericiliyi də öz vətəndaşının başqa ölkəyə ekstradisiyasına icazə vermir.

Azərbaycan hüquq-mühafizə orqanları nə deyir: Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi F. Ceyranlını beynəlxalq axtarışa verib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Nə baş verib: 2017-ci ilin may ayında F. Ceyranlı Gürcüstanda saxlanılıb. Onun saxlanmasına səbəb kimi həmtəsisçisi olduğu klinikada qanunsuz orqan köçürməsi əməliyyatı edildiyi və bu zaman iki nəfərin öldüyü əsas göstərilib. F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia