Burka geyimli xanımlar Danimarkada etiraz aksiyasında. Foto: sotiridi / twitter

Hollandiyada burka və niqabın istifadəsini qadağan edən qanun bu gündən etibarən qüvvəyə minib.

Euronews yazır ki, qanuna görə məktəb, xəstəxana, dövlət idarələri və ictimai nəqliyyat kimi ictimai yerlərdə burka, niqab və üzü örtən digər geyimlərin istifadəsi qadağan olunur. Üzü tam örtən motosiklet kaskası və ancaq gözlərin göründüyü üz örtükləri də bu qadağaya daxildir.

Yeni qanun icazə verir ki, rəsmilər bu şəxslərdən üzünü göstərməyi tələb etsin və bu tələb rədd olunarsa, həmin şəxsi 150 avro (təxminən 280 AZN) cərimələsin.

Hansı ölkələr burkanı qadağan edir: Hollandiya ilə yanaşı Fransa və Danimarkada da oxşar qanun var. Avstriyada bu ilin əvvəlində özəl məktəblərdə müsəlman şagirdlərin hicab geyinməyi qadağan olunub.

Qanuna etirazlar var: Hollandiyada bir qrup hesab edir ki, bu qadağanı dini azadlıqların pozulması kimi qəbul edir. Digər bir kəsim isə burkanı qadına təzyiqin simvolu kimi görür.