Çərşənbə axşamı, 11 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Külək bu gün Bakı və ətraf şəhərlərdə hansı fəsadları törədib?

05 Avqust 2019
A A
Külək bu gün Bakı və ətraf şəhərlərdə hansı fəsadları törədib?

Güclü külək ağacı avtomobilin üzərinə aşırıb. Foto: Mikroskop Media

Bu gün Bakı və ətraf ərazilərdə əsən güclü külək nəticəsində bir çox yerdə ağaclar aşıb, şəxsi avtomobillərə ziyan görüb və bəzi yerlərdə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Külək şəhərdə hansı fəsadları törədib?

  • Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 12-mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü uçurub. Xəsarət alan olmayıb.
  • Bakı Nəqliyyat Agentliyi şəhər sakinlərini ehtiyatlı olmağa, dayanacaqda avtobus gözləyərkən və avtobusa minib düşərkən diqqətli olmağa çağırıb.
  • Xırdalan sakinləri AzadlıqRadiosuna bildirib ki, bəzi evlərin damına, həyət evlərində balkonlara ziyan dəyib.
  • Sumqayıt şəhərinin 3-cü mikrorayonunda binanın qarşısından keçən qadının başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
  • Sumqayıtda daha bir ağac budağı şəhərin 12-ci mikrorayonunda 10 yaşlı qızın başına düşüb. Qapalı kəllə-beyin travması aldığı bildirilən qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
  • Yasamal rayonunda qırılan ağac bankomata ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
  • Şəhərin bir çox yerində ağaclar aşıb, bir çox ağacən isə budağı qırılıb. Budaqlardan biri Səbail rayonunda 20 yaşlı qızın üstünə düşüb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən qızın vəziyyətinin orta ağır olduğu bildirilir.
  • Bakının bir sıra ərazilərindən və paytaxtətrafı bəzi qəsəbələrdən verilən məlumata görə, onlarda elektrik enerjisi kəsilib. Xırdalan şəhəri, Zirə qəsəbəsi və başqa yaşayış məntəqələrində işıqlar kəsilib.
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Məlumat Mərkəzindən isə məsələ ilə bağlı bildiriblər ki, Bakının və Abşeronun bəzi yerlərində elektrikin kəsilməsi əsən güclü küləyin fəsadlarıdır. Mərkəzdən vurğulanıb ki, güclü küləyə görə, bəzi yerlərdə elektrik xətləri bir-birinin üstünə düşüb və qısa qapanma yaranıb, bunun nəticəsində işıqlar sönüb.
  • Külək əhalinin təbii qazla təminatına da maneə yaradıb. Bakının Nəsimi rayonunda güclü gülək ağacı qaz xəttinin üzərinə aşırıb. “Azəriqaz”dan verilən məlumata görə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağıtəzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib. 500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia