Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İncəsənət və dövlət ayrılığı

06 Avqust 2019
A A
İncəsənət və dövlət ayrılığı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında. Foto: president.az

Yazı “The New York Times” qəzetinin “Opinion” bölməsindəki “Amerikada incəsənəti necə maliyyələşdirməli” (How to Fund the Arts in America) başlıqlı müzakirə otağı üçün görkəmli libertarian mütəfəkkir David Boazın yazdığı “İncəsənət və dövlətin ayrılması” (Separation of Art and State) məqaləsindən ixtisarla tərcümə olunub.

İncəsənət, musiqi və din arasındakı ortaq nöqtə nədir? Hər üçü ruhumuzun dərinliyinə toxunma gücünə malikdir. Bir teatr direktorunun dediyi kimi “İncəsənətin gücü var. Elə bir güc ki, səni möhkəmləndirə, sağalda, insaniləşdirə bilir… səndə nəyisə dəyişə bilir. Bu, qorxulu və həmçinin gözəl bir gücdür… Və mədəni bir cəmiyyət üçün zəruridir.”
Məhz bu səbəbdən incəsənət, musiqi və din dövlətdən ayrı tutulmalıdır.
Hökümət, zorakılığın təşkilatlanmasını ehtiva edir. Azad cəmiyyətdə zorakılıq, hökümətin sadəcə haqları qorumaq və cinayətkarları cəzalandırmaq kimi əsas funksiyaları üçün təxsis edilməlidir. Nə insanlar bəyənmədikləri bədii fəaliyyətlərə maddi töhfə verməyə məcbur edilməlidir, nə də sənətkarlar kiminsə kefinə görə oturub durmalıdır.
Hansısa bir şeylə bağlı hökümətin maliyyələşdirməsi hökümət nəzarətini ehtiva edir. Bu fərasət, əlbəttə, xalq müdrikliyində öz yerini alıb: “pulu verən düdüyü çalar.” İncəsənətin maliyyələşdirilməsini müdafiə edənlər, milli ianələrin sənətkarlar və sənət qrupları üzərində təsdiq üçün icazə və ya möhür roluna təriflər yağdıranda bu təhlükədən xəbərsiz olduqları görünür…
Amerikanın əsasını qoyanlar din müharibələrinin qarşısını almaq üçün həllin kilsə və dövlətin ayrılmasını düşünürdü. Elə din qədər mənəvi, mənalı, güclü olduğu üçün dinin sahib olduğu eyni müstəqillik və hörmət incənəsənətə də təmin olunmalıdır: incəsənət və dövlət ayrılığı.

Tərcümə: Bilal Əşrəfov

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia