Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kral həzrətləri

13 Avqust 2019
A A
Kral həzrətləri

İllustrasiya: mikroskop media

İlkin Rüstəmzadə yazır

“…Uzaqdan bir leytenant gəlirdi. Küçənin sonunda yaşlı bir general dayanmışdı. Gözlənilən nə idi? Leytenant gələcək və generalın qarşısında hərbi salam verəcək və keçəcək. Leytenant yaxınlaşdı. General leytenantın qarşısında dik dayanmışdı. Çünki qarşısındakı Qrimburq Böyük Hersoqluğunun varisi şahzadə Albrext idi”.

Bu sətirlər Tomas Mannın “Buddenbrooklar” və “Sehirli dağ” romanlarının kölgəsində qalan möhtəşəm “Kral Həzrətləri” əsərindəndir.

Əsər sonuncu Alman imperatoru Kayzer Vilhelmin bioqrafiyası sayıla biləcək qədər detallarla doludur. Xəstə doğulan varis (burada Kayzer Vilhelmin cəmi 90 gün hakimiyyətdə olmuş qardaşı Fridrixə eyham edilir), bütün ölkənin ümidi olmasına baxmayaraq qurumuş əllə doğulan (eynilə Kayzer kimi) ikinci övlad, xalqda seçilmiş rəhbərlər kultuna olan inam (eynilə I Dünya Müharibəsi ərəfəsindəki Almaniyada olduğu kimi) və digər detallar əsərdəki kral həzrətlərinin Kayzer II Vilhelmin prototipi olmasına heç bir şübhə yeri qoymur.

Əsərin oxucu üçün ən möhtəşəm tərəfi, bizim indi yaşadığımız dövrdə, insana yaraşmayan davranışlar hesab olunan bəzi şeylərin “müqəddəs qan” və zadəganlıq kimi anlayışlar vasitəsilə necə legitimləşdirilməsini açıq şəkildə ortaya qoymasındadır. Yaltaqlıq, saxtakarlıq, yalan danışmaq, zəifə xor baxmaq və s.

Hadisələr Qrimburq adlı xəyali, kiçik Hersoqluqda baş verir. Baş verənlərin hansı dövrə aid olduğuna dair heç nə yazılmasa da, söhbətin 19-cu əsrin sonlarından getdiyini anlamaq olur.

Ölkə iqtisadi böhranla boğuşur. İstehsal durğunluq içərisindədir. Və bu şəraitdə saray dəbdəbəli tədbirlər keçirir. Sarayın daxilindəki bəzi uzaqgörən şəxslər bunun fəlakətlə nəticələnə biləcəyini əvvəlcədən görsə və dar çərçivədə pıçıldaşmalar olsa da xalqın gözündə kralın (yəni hersoqun) əzəmətini qorumaq üçün dəbdəbə davam etdirilir.

Hersoq daxilən pis insan deyil. Sərt rəhbərlik və aristokrat tərbiyəsilə böyüməsinə və bütün davranışlarında bu tərbiyədən doğan əzəmətini hiss etdirməsinə baxmayaraq , vətəndaşlarının problemlərilə maraqlanan, onları müntəzəm qəbul edən, insanların yaxşı yaşaması üçün əlindən gələni edən, hüquqa və dövlətə sadiq bir obrazdır. Lakin, mövcud iqtisadi durumda o da nəsə edə bilmir. Ölkə borc bataqlığında boğulur.

Xalqın qədim inancına görə yalnız qurumuş əllə doğulan varis ölkəni xoşbəxtliyə qovuşduracaq. Saray ikinci varis Klaus Haynrixin bu qüsurunu bir müddət gizlətsə də, mövcud iqtisadi şərtlər və xalqın narazılığı nəzərə alınaraq, insanlarda ümid yaratmaq məqsədilə qeryi-rəsmi kanallarla xəbər xalqa ötürülür.

Hersoq ölür, xəstə varis Albrext taxta oturur. Lakin, dövləti idarə etmək bir tərəfə, normal həyat yaşamaq imkanı olmayan Albrext özünün bütün səlahiyyətlərini, taxtda qalmaq şərtilə kiçik qardaşı Klaus Haynrixə ötürür.

Klaus Haynrix, səmimi, xalqını sevən bir gəncdir. Lakin, o da çarəsizdir. Böhran get-gedə böyüyür, iqtisadiyyat çökür. Bir azdan xalq ac qalacaq. Onda isə nəinki taxtın, ölkənin özünün belə mövcudluğu sual altında olacaq. Nə etməli?

Ediləcək heç nə yoxdur. Və belə bir ümidsizlik anında, sanki, qədim xalq kəhanətini doğrulayarcasına ölkəyə günəş doğur. Dünyanın ən zəngin adamı, Spoelman adında amerikalı milyarder xəstəliyinin şəfasının Qrimburqdakı bir bulaqda olduğunu öyrənir. Ya da onu bu cür aldadırlar. Və o, bu hersoqluğa köçməyə qərar verir.

Xalq, bu məsələni qurtuluş kimi qəbul edir. Elə saray da. Spoelmanın olduqca gözəl bir qızı var və xalq qərarını verir; Klaus Haynrix onunla evlənməli və xalqı xilas etməlidir. O, özü də bu məsələyə isti yanaşır. Bəs necə etməli?

Ardını bilmək üçün, əsəri oxuyun. Məncə, kifayət qədər çox yazdım.

Nağılvari və olduqca oxunaqlı dillə yazılan bu əsər, dövr və situasiya fərqli olsa da, hazırda avtoritarizmdən əziyyət çəkən bütün xalqların öz həyatından izlər tapa biləcəyi detallarla doludur. “Kral həzrətləri” kənardan güclü və əzəmətli görünən saray təlxəklərinin mahiyyətini detallarına kimi açan, hətta güc və hakimiyyət sahiblərinin belə zamanla necə çarəsiz ola bildiyini olduqca gözəl şəkildə göstərir. Eyni zamanda kefə görə idarəçiliyin sonda sistemliliyin (Spoelmanın timsalında), dolayı yolla başqa bir güc sahibinin qarşısında əyilməyə gətirib çıxardığını təsvir edir.

Bər-bəzəkli ədəbi cümlələrdən istifadə etməsəm də, ümid edirəm bu qısa təsvir sizlərdə bu əsərə maraq oyadacaq və onu oxuyacaqsınız.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia