Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amazon meşələrinin yanmağı dünya üçün niyə təhlükəlidir? İzah edirik!

28 Avqust 2019
A A
Amazon meşələrinin yanmağı dünya üçün niyə təhlükəlidir? İzah edirik!

Amazonda baş verən yanğından. Foto: Carl de Souza / AFP

Braziliyada Amazon meşələrindəki yanğınlar günlərdir davam edir və ölkə prezidenti Jair Avropa Birliyinin 20 milyon dollarlıq kömək təklifini də rədd edib. Yanğının miqyasının artması və hələ də söndürülə bilməməyinin səbəbi kimi kifayət qədər tədbir görülməməsi də hesab olunur.

Avropa Birliyi hesab edir ki, Braziliya hökumətinin bu yanğına göz yumması Cənubi Amerika Ortaq Bazar (MERCOSUR) ölkələri arasındakı razılığı təhlükəyə atır.

Hazırda yanğının söndürülməsi üçün hərbi helikopterlərdən istifadə olunur. Bir çox məşhurlar yanğının söndürülməsi üçün ianə edəcəyini açıqlayıb. Eləcə də Kanada baş naziri ölkəsinin Amazon yanğınlarının qarşısının alınmağına maddi yardım edəcəyini açıqlayıb.

Bəs bu meşənin yanmağı ekosistem üçün nə qədər təhlükəlidir? Niyə bu, faciə hesab olunur və belə böyük yanğınlar necə söndürülməlidir?

Mikroskop-un suallarının bir qismini eko-aktivist Cavid Qarayev cavablandırıb.

Amazonda baş verən yanğından. Foto: Carl de Souza / AFP

1

Amazon meşələri dünya oksigen ehtiyatı üçün nə qədər vacibdir?

“The Associated Press” yazır ki, bu meşələrin dünyada oksigenin 20%-ni təmin etdiyi deyilsə də, əslində bu, tam belə deyil. Bu meşələrin istehsal etdiyi oksigenin əksəriyyətini elə həmin meşədə yaşayan canlılar – heyvanlar, mikroblar udurlar. Bu meşələrin ən azı oksigen istehsal etmək qədər önəmi karbon qazını udmağıdır. Dünyada hər il istehsal olunan 40 milyard ton CO2-nin 5%-ni yəni 2 milyard tonunu Amazon udur.

2

Meşə yanğınları ekosistem üçün niyə təhlükəlidir?

Meşə yanğını baş verəndə yüz illər ərzində bu meşələrin topladığı karbon yataqları demək olar ki, tamamilə havaya sorulur və oksigenlə reaksiya girib CO2 ya çevrilir. Bu da əsas istixana effekti yaradan qazdır və qlobal istiləşməyə səbəb olur. Buraxılan digər qazların miqdarı azdır və təsirləri ciddi araşdırılmayıb.

Bundan əlavə biomüxtəliflik və habitat məhv olur. Həmin ərazidən asılı olan yerli insanların həyatına birbaşa təsir edir.

Yanğından sonra yağışlar külü yuyub çaylara aparır və çaylarda mineral balansı pozulur, bitki örtüyü artır və nəticədə oksigen ehtiyatı, eləcə də balıqlar azalır.

Tropik meşələr daha çox karbon ehtiyatı saxladığı üçün orada baş verən yanğınlar daha çox karbon emissiyasına səbəb olur.

Meşənin xüsusiyyətlərindən asılı olaraq Bir hektar meşə yanğınından təqribən 300-600 ton CO2 emissiya oluna bilər, amma dəqiq rəqəmi demək çox çətindir. Demək olar ki, mümkün deyil.

Hətta yanğın sönəndən sonra da bitki örtüyü bərpa olana qədər torpaqdan karbon emissiyası davam edir.

3

Belə yanğınlar adətən niyə baş verir?

Yanğınlar təbii də baş verə bilər, amma adətən qəsdən törədilir. Burada da məqsəd yeni otlaq və əkin sahələri zəbt etməkdir. Yanğının qarşısını almaq da həddindən artıq çətindir. Xüsusilə də Amazon və Tayqa kimi böyük qurşaq təşkil edən və heç bir təbii ya da süni arakəsmələri olmayan, əlçatmaz meşələrdə.

Yanğınların söndürülməsi üçün külli miqdarda texnika, peşəkar heyət və bunların hamısına sahib olmaq və lazım olanda mobilizasiya etmək üçün külli miqdarda vəsait lazımdır.

Hazırda yanğın davam edən Amazonun yerləşdiyi Brazilya kimi ölkələrə ciddi texniki və maddi kömək lazımdır.

4

Yanğını söndürmək üçün texniki baxımdan nələr edilməlidir?

Bəzən yanğını söndürmək üçün meşədə zolaq kəsmək, suni bariyer yaratmaq lazım olur. Hətta bəzən əks istiqamətdə yanğın törətmə ilə yanğının toqquşub “boğulmasını” nail olmağa çalışırlar.

Yazıda AzadlıqRadiosunun materialından istifadə olunub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia