Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dövlət ailədaxili şiddətlə üzləşən qadınlar üçün nə edir? Komitə rəsmisi cavab verir!

10 Oktyabr 2019
A A
Dövlət ailədaxili şiddətlə üzləşən qadınlar üçün nə edir? Komitə rəsmisi cavab verir!

İllustrasiya: Gündüz Ağayev / Azadlıq Radiosu

Azərbaycanda son 5 gün ərzində 12 qadın öz ailə üzvü olan kişi tərəfindən ölümcül döyülüb və öldürülüb. Onların arasında üzərindən avtomobil sürülərək keçilən, beyzbol dəyənəyi ilə döyülən və uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi alaraq ölən qadınlar var. Azərbaycan bu problemi əhatə və Avropa Şurasının hazırladığı “İstanbul Konvensiyası”nı hələ də ratifikasiya etməyib. Amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də çoxlu sayda QHT bu sahədə fəaliyyət göstərir. Mikroskop adıçəkilən komitənin rəsmisindən soruşub ki, qadınların ailə üzvləri tərəfindən şiddətlə üzləşməsi halları ilə bağlı nə iş görürlər?

Sualları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov cavablandırıb.

İllustrasiya: Gündüz Ağayev / Azadlıq Radiosu

1

Komitə hansı qabaqlayıcı tədbirlər görüb?

Həm dövlət komitəsinin əsasnaməsinə, həm də milli qanunvericiliyə əsasən preventiv tədbirlər mütəmadi keçirilir. Təkcə dövlət komitəsi yox, 11-ə yaxın dövlət qurumu – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyətləri və digər qurumlar bu sahədə fəaliyyət göstərir.

Eyni zamanda yerli icra hakimiyyətlərinin nəzdində 2015-ci ildə monitorinq komissiyası yaradılıb və koordinasiyanın gücləndirilməsi üçün yenilənib. Bundan başqa Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti nümayəndləri zorakılıq baş vermiş ailələrdə siyahıyalınma aparıb.

İşlər mütəmadi davam etdirilsə də, təəssüf ki, tək Azərbaycanda deyil, dünyada heç bir ölkədə məişət zorakılığının tam şəkildə qabağının alınması indiyə qədər mümkün olmayıb. Buna baxmayaraq Azərbaycanda təkmilləşmə prosesləri keçirilir. Çox təəsüflər olsun ki son illərdə istədiyimiz nəticəni ala bilməmişik. Amma QHT-lərin tərkibində olan sığınacaqlara dəstək verilib, 10 sığınacağa maliyyə ayrılıb.

Göygöldəki regional mərkəzdə qaynar xətt yaradılıb, orada məişət zorakılığı və uşaqlara qarşı zorakılıq ümumiləşdirilir. Eyni zamanda ayrı-ayrı QHT-lərin qaynar xətti var.

2

Komitə daha effektiv nəticə əldə olunması üçün nələr təklif edir?

Ailədaxili şiddətə məruz qalan qadınlar üçün dövlət sığınacağının yaradılması çox vacib mexanizmlərdən biridir. Bu mexanizm hakimə, hüquq-mühafizə orqanlarına verdiyi qərarda qurbanın müdafiə edilməsinə dəstək olur. Bu sığınacağın yaradılması ilə bağlı qanun 2010-cu ildə qəbul edilsə də hələ də yaradılmayıb. Uşaqlar üçün artıq yaradılıb, amma bütün məişət zorakılığı qurbanları üçün yoxdur. Yaradılmamasının səbəbi isə vəsaitin ayrılmaması ilə bağlıdır.

Biz ildə rəsmi şəkildə 800-850 cinayət və inzibati iş barədə məlumatlar təqdim edirik.

Qeyri-rəsmi rəqəmlər isə bundan çoxdur.

Azərbaycanda #QadınOlmaq pic.twitter.com/kFALtgBmwe

— Mikroskop Media (@MikroskopMedia) October 10, 2019

Bunun da səbəbi odur ki, məişət zorakılığı latent qanun pozuntusudur. Yəni, qurban ya da onun qohumu müraciət etməsə, bu pozuntu gizli qalır. Ona görə də bu problemlə bağlı tam şəkildə qeydiyyata alınma mümkün olmur. Çox vaxt qurbanlar ailədaili zorakılıqla bağlı şikayət etmək istəmir və bu zorakılıq da təkrarlanır. Buna baxmayaraq qeydiyyata alınma prosesi çox vaxt aparır və bizdə onlayn məlumat bankı sistemi yaradılıb. Bu il çərçivəsində şimal-qərb zonasına – Quba, Qusar, Xaçmaz, Xudatı əhatə edən elektron açarlar da paylanıb. Bu da məlumatın təcili şəkildə çatdırılmasına imkan verir.

Ailə psixoloqu, ailə sosial işçiləri, ailə hüquqşünasları ehtiyac olan sayda deyil və bütün işləri əhatə etmir. Onların sayı artırılmalıdır.

Bir problem də fiziki zorakılqla bağlı Cinayət Məcəlləsində xüsusi maddə yoxdur. İnzibati Xətalar Məcəlləsində psixi və iqtisadi zorakılıq faktı ilə bağlı 300-500 manat cərimə tətbiq edilib. Amma fiziki zorakılıqla bağlı döymə, sağlamlığa yüngül və ya orta xəsarət yetirmə maddəsi ilə təqdim edilir. Amma birgə yaşayan şəxsin ailə üzvünə zorakılıq törətməsi barədə ağırlaşdırıcı hallar təqdim edilməlidir. Bunlar nəzərə alınmalıdır.

Dövlət komitəsinin 11 regionda təmsilçiliyi var, orada psixoloq, sosial işçi ilkin yardım göstərir, amma mərkəzlərin sayı çoxalmaldıır. Ehtiyac olan qədər kadr potensialı yoxdur. Bu məsələyə diqqət ayrılmaldır, çünki ölüm hallarının qarşısının alınması üçün vacib amildir.

3

Komitənin indiyə qədər gördüyü işlər hansı nəticəni verib?

Nümunə üçün uşaq nikahlarını 2012-ci illə 2019-cu ili müqayisə etsək, onların sayı 10 dəfə azalıb.

Minlərlə məişət zorakılığı və boşanma hallarının qarşısı alınıb. Bəlkə də çoxdur, bunlar təxmini rəqəmlərdir. Boşanma faktları ilə bağlı bizə müraciətlər olub, psixoloq və hüquqşünas cəlb etmişik.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia