Bazar, 27 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Sevgilin Səmimidir, Yoxsa Manipulasiya Olunursan?

11 Oktyabr 2019
4 min read
Sevgilin Səmimidir, Yoxsa Manipulasiya Olunursan?

Gone Girl (2014) / rejissor: David Fincher

“Sadəcə olaraq dünyadakı ən pis insanam.” “Sevilməyə layiq deyiləm.” “Mənim qətiyyən sevgilim olmamalıdır.”

Əgər üzləşmə zamanı partnyorunuz bunlara oxşar fikirlər deyirsə, deməli cavabdehlikdən, məsuliyyətdən qaçmaq üçün qurban roluna girmiş ola bilər.
Kimsə qurban roluna girirsə, cavabdehliyin emosional ağrısından yayınmaq üçün qeyri-şüuri olaraq müdafiə mexanizmini işə salır.

“Bərbad bir insanam, elə deyil?” və ya “Sadəcə olaraq ən pis həyat yoldaşıyam, elə deyil?” kimi ifrat və dramatik bəyanatlar qarşı tərəfi hisslərini geri götürməyə və “saxla-və-qurtar” rejimini yandırmağa vadar edir. Ustalıqla qurban kimi davranan şəxs ssenarini tərsinə çevirir və əslində məsul olan yerinə dərhal bağışlanmağa və təskinliyə ehtiyacı olan adama dönür. Bu hal problemlidir, çünki belə olanda münasibətdə tərəflərdən biri heç vaxt həqiqətən eşidilmir. Münaqişə həll olunmur və güvən aşınır.

Döndərmə, qurban mantrasına* malik olan şəxsin, qarşı tərəfin keçmişdəki səhvlərini xatırladaraq mövcud cavabdehliyin qarşısını almaq üçün tez-tez istifadə etdiyi taktikadır. Məsələn, “Ən azından keçən dəfə uşağı götürmək yadından çıxan mən deyildim!” kimi bəyanatlarla qınağı dərhal qarşı tərəfə ötürür. Qarşı tərəfin səhv addımlarının kökünü qazımaq, məsuliyyətdən yayınmaqla yanaşı, həmçinin tərəflər arasında qınamanın istiqamətini dəyişməyə də imkan verir. Qarşı tərəfi qınayaraq özünü günahsız kimi göstərmək cavabdehlikdən yayınmaq üçün bir vasitədir.

Cavahdehliyi əksər hallarda qəbul edən və qarşı tərəfin mütəmadi olaraq incidən davranışlarını xatırlatmaq üçün keçmişdən faydalanan şəxs qurban roluna girmiş hesab olunmur. Həmçinin tez-tez hesabatlılığı özündə cəmləşdirən və partnyorun ardıcıl zərərli davranışlarını vurğulamaq üçün keçmişindən istifadə edən şəxs qurbanı oynamır. Bu vəziyyətdə şəxs ümidsizcəsinə qarşı tərəfdə anlayış oyandırmağa çalışır. Əgər qarşı tərəf bu anlayışdan yayınırsa və sevilən biri üçün narahat olmadan istədiyi hər şeyi etməyə haqqı olduğunu hiss edirsə, empatiya və cavabdehlikdən məhrum biri ola bilər.

Keçmiş təcrübələrin hamınınkından daha çətin olduğuna dair inam, qurban zehniyyətinin başqa bir versiyasıdır. Məsələn, “Mən bütün köhnə sevgililərim tərəfindən aldadılmışam, buna görə də güvən problemlərim var”. İncildiyinizi etiraf etmək sağlam bir davranışdır, ancaq keçmiş travmaları indiki partnyoru idarə etmək, üstünlük təşkil etmək və ya pis rəftar etmək üçün lisenziya kimi istifadə etmək sağlam davranış deyil. Hamıdan daha çox əzab çəkdiyinə inanan və bunu nəzarət edici davranışlarının bağışlanması üçün üzr kimi istifadə edən şəxs, bəlkə də qurban rolundan faydalanır.

Həmçinin təqsirə zərbə endirmək, qurban mantrası olan insanın taktikasıdır. “Sənin üçün etdiyim hər şeydən sonra mənə kömək etmək istəmirsən?” Şəxs özünü şərəfli tərəf kimi göstərməyə cəhd gedir. Qarşı tərəf istəklərini qarşılamırsa, avtomatik olaraq münasibətdəki “pis insan” yerinə qoyulur. Bir tərəfdaşı idarə etmək və üzərində üstünlük təşkil etmək üçün bir vasitə olaraq təqsirə zərbə endirmək, çox vaxt emosional təhqiramiz meylləri olan bir insan meyilidir.

Qurban duruşunun ziddi həqiqi cavabdehlikdir. Bu, partnyor əsl peşmanlıqla gözünüzə baxanda və eqoist rəftar etdiyini dərk edəndə baş verir. Bəhanələr və rasionallaşdırmalar olmadan, şəxs sizə necə (mənfi) təsir etdiyinə dair anlayışnı səmimi şəkildə ifadə edə bilir. Münaqişədə öz payına düşəni qəbul edərək, cavahdeh insanlar günahlarını qəbul edir və düzəlişlər etməyə çalışırlar. Məsələn, “Çox təəssüf edirəm ki, səni məyus etdim. Eqoist vaxtıma təsadüf elədi və bu barədə dəhşət pis hiss edirəm. Bunu düzəltmək üçün sənə nə edə bilərəm?” Üstəlik həqiqi cavahdeh bir tərəfdaş nadir hallarda bir səhvi iki dəfə edir, çünki peşmanlıq hiss edirlər və davamlı böyümənin və dəyişmənin öncülləri olan cavabdehlik və anlayış qabiliyyətləri var.

Münaqişələr nadir hallarda konstruktiv şəkildə həll edilirsə və narazılıqlar çoxalırsa, bəlkə də tərəfdaşınız cavabdehliyin qarşısını almaq üçün qurban duruşunu müdafiə mexanizmi kimi istifadə edir. Bu müdafiə mexanizmini yumşaltmaq, şəxsin tam olaraq nəyə qarşı müdafiə oluna biləcəyinə dair anlayış tələb edir. Beləliklə, içində olan üçün çətin bir vəziyyətdir.

Şəxsiyyət pozuntuları olanları müalicə etməyi yaxşı bacaran bir terapevt tapmaq ilk addım ola bilər. Müdafiə mexanizmi qeyri-şüuri olduğuna görə, şəxs əslində nə etdiyindən tamamilə xəbərsiz ola bilər, buna görə də etdiklərini qətiyyətlə rədd edər. Psixoterapevt müdafiə mexanizminin dirilməsinə səbəb olan travmanın kökünü tapa bilər.

*mantra – (əslən Hinduizmdə və Buddizmdə) meditasiya əsnasında konsentrasiya üçün kömək məqsədilə təkrarlanan söz və ya səs.

MƏNBƏ: “Is Your Partner Truthful, or Are You Being Manipulated?”, Erin Leonard Ph.D.

Tərcümə: Bilal Əşrəfov

Son yazılar

Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

by Mikroskop
25 Dekabr 2020
0
Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

Rusiyanın Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidədi məktəb şagirdləri üçün sülhməramlılıq təlimi keçiblər. Rusiya müdafiə nazirliyinin dekabrın...

Read more

Can Dündar 27 il 6 ay həbs cəzasına məhkum edilib

by Mikroskop
23 Dekabr 2020
0
Can Dündar 15 gün ərzində Türkiyədəki məhkəməyə gəlməsə, “qaçaq” sayılacaq

Türkiyəli jurnalist Can Dündar qiyabi olaraq 27 il 6 ay həbs cəzasına məhkum edilib.  Jurnalist casusluq və silahlı terrorçu təşkilata...

Read more

Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

by Mikroskop
22 Dekabr 2020
0
Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

Türkiyə Xalqların Demokratiya Partiyasının (HDP) Hakkaridən olan keçmiş millət vəkili və Demokratik Cəmiyyət Konqresinin (DTK) həmsədri Leyla Güvən 22 il...

Read more

Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

by Mikroskop
21 Dekabr 2020
0
Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

Avropanın və Yaxın Şərqin bir neçə ölkəsi koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar Böyük Britaniyaya uçuşları qadağan edir....

Read more

İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

by Mikroskop
21 Dekabr 2020
0
İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

Dekabrın 21-də 2021-ci il dövlət və icmal büdcənin layihələri Milli Məclisə təqdim olunub. Layihədə növbəti il təhsil, səhiyyə və sosial...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia