Bu gün Milli Şura və AXCP “28 may” metrosu önündə mitinq keçirməyi planlaşdırıb. Razılaşdırılmamış mitinqdən bir neçə saat öncə əraziyə gedən yollar bağlanıb. Bakı Metropoliteninin yaydığı rəsmi məlumata görə, metronun “28 may”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları fəaliyyətini müvəqqəti dayandırıb.
AXCP sədr müavini Seymur Həzi və daha bir neçə fəal, eləcə də AMİP və Müsavat Partiyası fəallarına təzyiq olub, onların bəziləri həbs edilib.
Partiya fəalları ilə yanaşı mitinqi işıqlandırmaq istəyən jurnalistlər və aktivistlər də saxlanılıb. Onların bir qismi bir müddət sonra sərbəst buraxılıb.
Metro və 28 may metrosu qarşısındakı əraziyə gedən yollar bağlansa da çoxlu sayda polis əməkdaşı canlı barikada qurub və insanların əraziyə girişinə icazəvermir.
https://www.facebook.com/MikroskopMedia/videos/549562355587040/
AXCP sədri Əli Kərimli də məlumat yayıb ki, onun evinin qarşısında 20-ə yaxın mülki geyimli əməliyyatçı var. Partiya sədri jurnalistləri evinin qarşısına dəvət edib.