Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanlıların Almaniyadan deport olunmasının “Saxta sənəd” həbslərinə nə qədər aidiyyatı var? İzah edirik!

16 Noyabr 2019
A A
Azərbaycanlıların Almaniyadan deport olunmasının “Saxta sənəd” həbslərinə nə qədər aidiyyatı var? İzah edirik!

Almaniyadaki miqrantlar deport edilir. Foto: Christof Stache / AFP

Bir neçə gün əvvəl Almaniyada saxta sənədlə bu ölkəyə mühacirlərin gətirilməsində ittiham edilən bir neçə azərbaycanlı saxlanılıb. Bu hadisədə Müsavat Partiyasının da adı hallanır və iddia edilir ki, partiya bu ölkədə sığınacaq almaq istəyən azərbaycanlılara partiya bileti verib. Partiyanın başqanı Arif Hacılı isə bu ittahmın böhtan olduğunu və həqiqəti əks etdirmədiyini deyir.

Çoxu isə düşünür ki, həmin ərəfədə Almaniyadan 60-a yaxın azərbaycanlının da deport olunmağı bununla bağlıdır. Bəs əslində bu deportun “saxta sənəd işi”nə qədər aidiyyatı var? Almaniyada sığınacaq ala bilməyən mühacirlərin deport prosesi necə baş tutur?

Almaniyada yaşayan Elmin Həsənli Mikroskopun suallarını cavablanıdırıb.

Almaniyadaki miqrantlar deport edilir. Foto: Christof Stache / AFP

1

Sığınacaq üçün rədd cavabı necə verilir və ilk addım nə olur?

Sığınacaq istəyi rədd edilən şəxslər Almaniyanı tərk etməlidirlər. Bunu Almaniya qanunvericiliyi tələb edir. Amma həmin adamları dərhal ölkədən çıxarmırlar. Mühacirlərə işdən asılı olaraq 14 və ya 30 gün ərzində məhkəməyə şikayət etmək haqqı verilir. Qaçqınlar və Miqrasiya Federal İdarəsinin (BAMF) verdiyi mənfi cavabdan sonra mühacir statusu almaq istəyən şəxsin yerli inzibati məhkəməyə şikayət etmək hüququ var. Həmin məhkəmənin qərarı çıxana qədər o insanı ölkədən çıxara bilməzlər.

2

Proses neçə gün və ya neçə ay çəkir?

Məhkəmənin qərarı çıxana qədər bələdiyyələrin nəzdində olan Əcnəbilər idarəsi sığınacaq üçün müraciət edənləri 6 ay müddətinə şəxsiyyəti təsdiq edən və Almaniyada sərbəst hərəkət etmək icazəsi verən sənədlə təmin edir. 6 ay ərzində məhkəmə qərar çıxarmasa, sənədin vaxtı yenidən 6 aylıq uzadılır. Son illərdə bu proses iki ilədək çəkir. Əgər məhkəmə BAMF-ın qərarını haqlı sayarsa, yenidən apelyasiya şikayəti vermək mümkündür. Bu proses də orta hesabla 2-3 ay çəkə bilir. Apelyasiya məhkəməsi də qərarı qüvvədə saxlasa, ikinci prosesin açılmağı üçün BAMF-a müraciət etmək olar.

İkinci proses o halda açılır ki, ərizəçinin işi ilə bağlı yeni sübutlar ortaya çıxıb və yaxud situasiya dəyişib. Bütün bu proseslər yekunlaşdıqdan sonra əcnəbilər idarəsi ərizəçinin işini deportasiya və geri qayıdış işlərinə baxan şöbəyə yönləndirir. Ərizəçiyə məktub göndərilir və idarəyə çağrılır. İdarədə ona könüllü şəkildə geri qayıtması, geri qayıdış üçün mövcud olan maddi yardım paketləri təklif olunur.

Əgər ərizəçi könüllü qayıtmaqdan imtina edərsə, onun ölkəyə qaytarılması üçün heç bir maneə mövcud deyilsə, ərizəçiyə məktubla xəbərdarlıq edilir və 2 həftə vaxt verilir ki, hazırlaşsın. Həmin 2 həftəlik müddət bitəndən sonra əcnəbilər idarəsinin işçiləri polislə birlikdə ərizəçiyə əvvəlcədən xəbərdarlıq etmədən onun ünvanına gəlir və geyim əşyalarını, vacib olan digər şeyləri toplamaq üçün bir neçə dəqiqə vaxt verirlər.

3

Deportasiya prosesi necə həyata keçirilir?

Əksər hallarda deportasiyalar çarter reysləri ilə həyata keçirilir. Bu həm ucuz başa gəlir, həm də prosesi daha asan edir. Bəzi ölkələr çarter reyslərini qəbul etmədiyinə görə, o ölkələrə deportasiya prosesi zəif gedir.

Çarter reysinin vaxtı müəyyən olunduqdan sonra uçuş gününə qədər deport olunacaq şəxslər ayrıca qapalı kamplarda saxlanılır. Sonra isə polisin müşayiəti ilə geri qaytarılma prosesi baş tutur. Bu yaxınlara qədər Azərbaycana deportasiyanı əsas “Germania” hava yollarına məxsus çarter reysi ilə həyata keçirirdilər. Həmin şirkət iflasını elan etdiyi gün Azərbaycana olan deport baş tutmamışdı.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, son günlərdə yayılan “azərbaycanlıları Almaniyadan kütləvi şəkildə deport edirlər” tipli xəbərlərin heç bir əsası yoxdur. Heç bir kütləvi deportdan söhbət gedə bilməz. Bu proses mütəmadi olaraq gedir. O doğrudur ki, son illərdə Almaniyada yaşamaq icazəsi olmayanların geriyə göndərilməsini sürətləndirmək üçün qanunlarda dəyişiklər edilib, amma bunun özü də statistik olaraq ciddi dəyişikliyə gətirib çıxarmayıb.

Noyabrın 14-də Azərbaycana baş tutan deportasiyanın Almaniya prokurorluğunun və polisinin apardığı “Saxta sənəd işi” ilə heç bir əlaqəsi yoxdur. Təbii ki, deport olunanlar içində həmin saxta sənədlər təqdim etdiyinə görə sığınacaq istəyi rədd edilən şəxslərin olması istisna deyil. Yuxarıda da yazıldığı kimi, sığınacaq axtaran şəxslərin sonda deport olunması bir neçə həftənin və ayın içində baş vermir, bütün bu proses bir neçə il çəkir.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia