Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Prezident seçkilərinin vaxtı niyə dəyişib və Rusiyadakı seçkilərlə əlaqəsi nədir?

06 Fevral 2018
A A
Prezident seçkilərinin vaxtı niyə dəyişib və Rusiyadakı seçkilərlə əlaqəsi nədir?

Foto: President.az

Bu il oktyabrın 17-də baş tutacağı gözlənilən prezident seçkilərinin aprelin 11-ə təyin edilməsi dəyişikliyin səbəbi barədə hər kəsdə sual doğurub. İqtisadçı Natiq Cəfərli Facebook sosial şəbəkəsindəki profilində bunun səbəblərini şərh edib. Onun sözlərinə görə, dəyişikliyin texniki səbəbi növbəti prezident seçkilərinin 2025-ci ilə, yəni Parlament seçkiləri ilə eyni ilə təsdaüf edəcəyi ilə bağlıdır. Bu da o deməkdir ki, iki seçki arasında 3 həftə vaxt qalır. Seçkilərin üst-üstə düşməsini əngəlləmək üçün ya parlament, ya da prezident seçkilərinin vaxtı dəyişdirilməli idi.


Dəyişikliyin siyasi-iqtisadi səbəbləri isə bunlardır:

1) Bu il mart ayının 18-də Rusiyada prezident seçkiləridir. Avropanın, dünyanın diqqəti, əsasən bu seçkilərə yönələcək. Doğrudur, Rusiyada seçki institutu elə bizdəki kimi yoxdur, amma orada daha dinamik proseslər ola bilər. Seçkidən sonra səslərin sayılması, MSK və Məhkəmə tərəfindən təsdiqi 15-20 gün çəkir, bu da aprelin əvvəli deməkdir. Yəni, Avropa və dünyanın başı Rusiyaya qarışan zaman Azərbaycanda sakitcə seçkini rəsmiləşdirməyi düşünürlər.

2) Rusiyaya qarşı sanksiyalar 18 mart seçkilərindən sonra daha da sərtləşəcək, həm fərdi, həm də sektorlar üzrə daha sərt addımlar ola bilər. Rusiyanı hətta SWIFT-dən (beynəlxalq pul köçürmələri standartları sistemi) də kənarlaşdıra bilərlər. Neft qiymətlərində isə “kəfkir qanunu” işə düşür, yaxın həftələrdə qiymətdə ciddi enmələr olacaq. Qısası, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, neft qiymətlərində oynamalar Azərbaycana da ciddi təsir göstərir. Son zamanlar ölkə iqtisadiyyatında çox zəif müsbət dinamikanın olmasının 2 səbəbi var idi: Neft bahalaşdı, Rusiyadan soydaşlarımızın öz ailələrinə göndərdikləri vəsait artdı. İndi hər iki pozitiv təsir edən amildə pisləşmə gözlənilir, bu da iqtisadiyyatımızda növbəti böhran dalğaları gətirə bilər. Hökumət də bu dalğalardan öncə seçkiləri bitirib, rəsmişəldirib rahat olmaq, daha rahat addımlar atmaq istəyir. Seçkilərin aprelə keçirilməsinin həm də ciddi iqtisadi səbəblərlə, pis gözləntilərə bağlıdır.

https://www.facebook.com/natig.jafarli/posts/10213817697570313

3) İdarəetmədə manasız paralellik və bir-birlərinə mane olan strukturlar yaranıb, artıq idarəolunmaz hall alıb. Tələsik prezident seçkilərinin rəsmiləşdirdikdən sonra iradəetmədəki paralellik aradan qaldırılmalıdır. Ya Nazirlər Kabineti tam ləğv olunmalı (bunun üçün qanunlarda dəyişikliklər edilməlidir), ya da vitse-prezidentlik institutlarından imtina edilməli, Nazirlər Kabineti gücləndirilməlidir. Çox güman Baş Nazir və müavinləri dəyişdiriləcək, “de jure” indiki prezident qalsa da, “de facto” idarəçilik birinci vitse-prezidentə ötürülməyə başlanacaq.

İqtisadçı ekspert dəyişikliyin 4-cü səbəbini də REAL hərəkatının lideri İlqar Məmmədovla əlaqələndirib. Onun sözlərinə görə, bu dəyişiklik həm də onun azadlığa çıxmasını sürətləndirə bilər.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia