Hakim Yeni Azərbaycan Partiyası fevralın 8-i VI qurultayını keçirəcək. APA-nın məlumatına görə, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.
Həmçinin bu gün də prezident İlham Əliyev növbədənkənar Prezident seçkiləri elan edib. Prezidentin imzaladığı sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.